Nüvə razılaşmasının bərpasında ƏNGƏL

19:45 12-03-2022 | icon 408 | Siyasət
Nüvə razılaşmasının bərpasında ƏNGƏL

Rusiyadan İran üçün də gözlənilməz ŞƏRT

 

“Azad İran” “YouTube” kanalı İranla nüvə razılaşmasının bərpası ilə bağlı aparılan danışıqların nəticəsi barədə sujet hazırlayıb.

 

Danışıqlarla bağlı Rusiyanın istəyinə nail olduğu və İranla 2015-ci il nüvə razılaşmasının bərpası üzrə 11 aydan bəri Vyanada müəyyən fasilələrlə aparılan danışıqların heç bir nəticə vermədən dayandırıldığı qeyd edilib.

 

Halbuki, cəmi bir neçə gün əvvəl müzakirələrin iştirakçısı olan bütün tərəflərin, həm İranın, həm də Qərb ölkələrinin elçiləri danışıqların müsbət sonluğa yaxınlaşdığı barədə nikbin bəyanatlar verirdilər.

 

Martın 5-də Rusiya Federasiyası Vyanadakı müzakirələrlə bağlı yaxın müttəfiqi İranın özü üçün də gözlənilməz olan şərt irəli sürdü. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında bildirdi ki, rəsmi Moskva ABŞ-dan zəmanət tələb edib ki, hazırda Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Rusiyaya tətbiq edilmiş sanksiyalar nüvə razılaşması bərpa olunacağı təqdirdə onun İranla əməkdaşlığına şamil edilməyəcək. Özü də bu zəmanət yazılı şəkildə ən azı dövlət katibi səviyyəsində deyilməlidir.

 

Rusiyanın bu addımı əksər İran təhlilçiləri tərəfindən müsbət nəticənin bir addımlığında olan Vyana danışıqlarının açıq-aşkar sabotaj edilməsi kimi qiymətləndirildi. Daha kəskin reaksiyalar da oldu.

 

Daha ətraflı sujetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb