Populyar gözəllik prosedurunun dəhşətli NƏTİCƏLƏRİ
Amerikalı peşəkar vizajist və bloqqer Jaklin Hill populyar gözəllik prosedurunun dəhşətli nəticələrini yaşayıb və dəyişdirilmiş üzünün görüntülərini “TikTok”-da paylaşıb.
Xanım etiraf edib ki, bir müddət əvvəl iplə dartma prosedurunun köməyi ilə görünüşünü yaxşılaşdırmaq qərarına gəlib. Bu prosedur üzün formasını cavanlaşdırmaq, korreksiya etmək məqsədi ilə cərrahi sapların dərialtı yeridilməsini nəzərdə tutur və sağlamlıq üçün təhlükəsiz sayılır. Lakin kosmetik müdaxilədən sonra qadının üzü şişib və eybəcər cizgilər alıb.
Hill şişkinliyin üç aydır ki, davam etdiyindən şikayətlənib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"