Qadın geyimində QAÇMAQ İSTƏDİ
"Makiyaj və pariki ona kömək etməyib"
Ukrayna sərhədçiləri “Porubnoe” keçid məntəqəsində (Rumıniya ilə sərhəd) özünü qadın kimi təqdim edərək sərhədi qanunsuz keçməyə cəhd edən 30 yaşlı paytaxt sakinini saxlayıb.
UNİAN-ın məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin kişi azyaşlı övladı ilə birlikdə sərhəd nəzarətinə gələrək həyat yoldaşının pasportunu təqdim edib.
"Sərhəd nəzarətinin müfəttişi 30 yaşlı kişinin planını dərhal ifşa edib. Onun makiyaj və pariki ona kömək etməyib", - məlumatda deyilib.
Qeyd olunub ki, o, bu yolla Ukrayna qoşunlarına səfərbər olmaqdan yayınmağa çalışıb.
Həmin şəxs barəsində cinayət işi açılıb.
Həmçinin, Ukraynadan qaçmaq istəyən daha 11 kişi isə Vinnitsa vilayətində Mogilev-Podolski sərhədçiləri tərəfindən saxlanılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"