Yaşayış binası top atəşinə tutuldu
Rusiya Ordusunun Kiyev vilayətinin Obolonski rayonunda doqquzmərtəbəli binanı top atəşinə tutması nəticəsində ölən və yaralananlar var.
Bu barədə Yerli Fövqəladə Hallar Dövlət Xidməti xəbər verib.
Məlumata görə, birinci mərtəbədən üçüncü mərtəbəyə qədər bina qismən dağılıb, üçüncü və dördüncü mərtəbələrdə isə yanğın baş verib.
Hadisə nəticəsində iki nəfər həlak olub, üç nəfər xəstəxanaya yerləşdirilib, doqquz sakinə isə yerindəcə köməklik göstərilib.
Bundan başqa FHN əməkdaşları 15 nəfəri xilas edib, daha 63 nəfər isə təxliyə olunub.
Dağıntılar altında qalanların axtarışları davam edir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"