Putinin qiyamət günü silahı

18:04 04-01-2019 | icon 401 | Dünya
Putinin qiyamət günü silahı

 

Rusiyanın sınaqdan keçirməyə hazırlaşdığı sualtı strateji pilotsuz aparatı “Poseidon”un maksimal sürəti məlum olub.

Versus.Az xəbər verir ki, bu haqda Rusiyanın hərbi-sənaye kompleksindəki mənbə TASS-a bildirib.

Həmin supersilah haqda prezident Vladimir Putin 2018-ci ilin martında elan etmişdi. Daha sonra internet səsverməsi yolu ilə silaha “Poseidon” adı verilmişdi.

 Göstəriciləri tam açıqlanmasa da məlumdur ki, “Poseidon” nüvə mühərrikli sualtı silahdır, təxminən torpedonu xatırladır. Bu pilotsuz sualtı döyüş aparatı nüvə başlığı ilə təchiz oluna bilir və sualtı qayıqdan buraxılmaqla qeyri-məhdud mənzilə malikdir. Qərb hərbi ekspertləri ona “qiyamət günü silahı” adı veriblər. Çünki nüvə başlığı ilə təchiz edilmiş “Poseidon” ABŞ-ın Atlantik sahillərində partlasaydı hündürlüyü 100 metrə çatan sunami dalğaları yaranardı və bir çox iri şəhərləri radiasiyalı dəniz dalğaları basardı. Bu isə milyonlarla insanın həlak olmasına gətirib çıxaracaq.

TASS-a məlumat verən mənbə bildirib ki, daşıyıcı sualtı qayığı tərk edəndən sonra “Poseidon” 1 km dərinlikdə saatda 200 kilometr sürətlə (110 dəniz uzluna yaxın) hərəkət edəcək. Mənbə sualtı aparatın hava “buludunda” hərəkət edəcəyini və nəticədə suyun müqavimətinin azalacağını bildirib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı