Avropa Parlamentinin daha bir ƏSASSIZ QƏTNAMƏSİ

14:01 14-03-2022 | icon 556 | Siyasət
Avropa Parlamentinin daha bir ƏSASSIZ QƏTNAMƏSİ

Fuad Əliyev: "Bu qətnamə həqiqətdən uzaqdır və saxta “məlumatlara” əsaslanır"

 

“Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinin növbəti dəfə şahidi olduq. Avropa Parlamentinin sonuncu qətnaməsi həqiqətdən uzaq, saxta, yalan “məlumatlara” əsaslanaraq qəbul edilib”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

ALDP sədri bildirib ki, Avroparlamentin ölkəmizə qarşı belə qərəzli mövqelərinin bir neçə dəfə şahidi olmuşuq:

 

“Ermənistanın torpaqlarımıza edilən 30 illik işğalı zamanı Azərbaycana məxsus mədəni irs tamamilə məhv edilib. Niyə Avropa Parlamenti buna susub? Ermənilərin bu vandal hərəkətini qınayacaq bir kəlmə belə demədilər. Amma indi yalan məlumatlar əsasında çıxış edir - güya işğaldan azad edilən ərazilərdə ermənilərini mədəni irsi məhv edilir".

 

Fuad Əliyev vurğulayıb ki, bu abidələrin alban mənşəli olduğu və ermənilərin bu  abidələri erməni abidəsi kimi dünyaya təqdim etməyə çalışdığı hamıya məlumdur:

 

“Ermənilər 30 il ərzində Alban abidələrini dağıdıblar, alban mədəni irsinə aid olan bütün məlumatları siliblər. Azərbaycan isə diqər dinlərə aid olan abidələri bərpa edir, qoruyur. Azərbaycanda onlarla sinaqoq və kilsələr var. Avropa Parlamentinin deputatları bunu bilmirlər? Əlbəttə ki, bilirlər. Sadacə bu, Azərbaycana qarşı yürüdülən ədalətsiz, ikili siyasətin, təzyiq siyasətinin tərkib hissəsidir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı