Erməni hərbçilər postu atıb İrəvana qaçıb

14:21 14-03-2022 | icon 337 | Qarabağ
Erməni hərbçilər postu atıb İrəvana qaçıb

“Qarabağda erməni separatçılarına dəstək verən könüllülərdən ibarət tabor döyüş mövqeyini ataraq İrəvana qaçıb”.

 

 xəbər verir ki, bu iddianı erməni döyüşçü Aşot Vardanyan bildirib.

 

Birinci Qarabağ və 44 günlük müharibənin iştirakçısı olan polkovnik Aşot Vardanyan bildirib ki, Xocavənd istiqamətində postlarda olan İrəvandan gələn könüllərin bir taboru döyüş mövqeyini ataraq qaçıblar.

 

“Martın 5-dən sonra bu ərazini qoruyan taborla və onun komandiri David Mirzoyanla əlaqələrimiz itib. İndi aydın olur ki, onlar İrəvana qaçıblar. Özlərini “Arsax fədailəri” adlandıranlar postları ataraq tülkü kimi qaçıblar. David Mirzoyan ermənilərin ən yaxşı döyüşçülərindən biri olub. Amma bu gün onlar öz postlarını ataraq təqribən 200 nəfərlə birlikdə İrəvana qaçıblar. Bilirəm onların təminat problemi olmayıb. Amma müəyyən çətinliklər olduğundan onlar 2021-ci ilin dekabrından maaş ala bilməyiblər. Bu postu atıb qaçmağa səbəb ola bilməz“- Aşot Vardanyan bildirib.

 

Qeyd edək ki, Xocavənd istiqamətində postan qaçan könüllər ASALA terror təşkilatına bağlı olan “Arsax fədailəri” dəstəsinin üzvləridir. Bu dəstənin başçısı yaradıcısı isə erməni terroçusu Jilbert Minasyandır. 1984-cü ildə Ermənistanın ASALA terror təşkilatının əməliyyatlarında fəaliyyət göstərdiyinə görə təqsirləndirilərək Fransada ömürlük həbs cəzası alan və həbsdən qaçmağı bacaran Jilbert Minasyan Birinci Qarabağ və 44 günlük müharibənin iştirakçısı olub. /Qazet.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür