“Qarabağın bu ərazilərində bayrağımız ucaldılacaq”

16:24 14-03-2022 | icon 529 | Qarabağ
“Qarabağın bu ərazilərində bayrağımız ucaldılacaq”

Ədalət Verdiyev: “Bu, yaxın günlərdə bu da baş verəcək”

 
 

“Qarabağ ərazisində yaranmış gərginliyə görə Ermənistan silahlı qüvvələri və rus sülhməramlıları məsuliyyət daşıyırlar”.

 
 
Martın 7-də Ermənistandan Qarabağa təbii qaz ötürən kəmərdə problem yaranıb. Həmin gündən Xankəndi və ətraf ərazilərə qazın verilişi dayandırılıb.On iki mart gecə saat 21:20-də isə Xankəndinin işıqları sönüb. Şəhərə elektrik enerjisinin nə zaman veriləcəyi isə hələlik bəlli deyil.
 
 
Hərbi ekspert Ədalət Verdiyev hazırda Qarabağda baş verənlərlə bağlı danışarkən bildirib ki, bu erməni silahlılarının indiyə qədər həmin ərazilərdən çıxarılmamasının nəticəsidir:  
 
 
 
“Son vaxtlar atəşkəsin intensiv şəkildə pozulması Qarabağda rusların nəzarətində yaşayan ermənilərin qaz təminatının dayanması ilə nəticələndi. Böyük ehtimalla bu qaz xəttini Ermənistan tərəfdən atılan mərmi zədələyib. Həftələrlə gəlməyən qaz  elektik təchizatına tələbatı artırdı və nəticədə ermənilərin istifadəsində olan tranfarmator sistemi  də  yüklənməyə tab gətirməyib sıradan çıxdı”.
 
 
Ə.Verdiyevin qənaətincə, hazırda erməni silahlılarının Azərbaycan tərəfinə açdığı  atəşə adekvat cavab tədbirlərinin görülməsi ordumuzun ata biləcəyi ən yumşaq addımdır:
 
 
 “Əslində atəş açılan mövqelərin tamamilə Azərbaycanın  nəzarətinə keçməsini və həmin ərazilərdə bayrağımızın ucaldılmasını gözləyirdik. Yəqin ki, yaxın günlərdə bu da baş verəcək. İstənilən halda indi Qarabağ ərazisində yaranmış gərginliyə görə Ermənistan silahlı qüvvələri və rus sülhməramlıları  məsuliyyət daşıyırlar”. /sherg.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI