Autizmli uşaqlara kompozisiya və klip həsr olundu

18:20 04-01-2019 | icon 418 | Cəmiyyət
Autizmli uşaqlara kompozisiya və klip həsr olundu

Versus.Az xəbər verir ki, tanınmış bəstəkar Sevinc Tofiqqızının yeni kompozisiyası olan “Səssiz duyğular” autizm uşaqlara və gənclərə həsr olunub. Musiqisi Sevinc Tofiqqızına, sözləri Baba Vəziroğluna  məxsus olan mahnının klipi də artıq hazırdır.

 
Sevinc Tofiqqızı layihə ilə bağlı fikirlərini bölüşərkən bildirdi ki, “Səssiz duyğular”  adlı kompozisiyanın əsas məqsədi  autizm sindromundan əziyyət çəkənlərə mənəvi dəstək olmaqdır: 
“Klipdə rol alan Elnar bala da autizm sindromundan əziyyət çəkir. Mən hər zaman autizmli uşaqların, gənclərin yanındayam. Qeyd edim ki, autizmlilərin İdman Klubu ictimai Birliyinin sədri Elnur Məmmədli layihənin əsas rəhbəridir. Təqdim edəcəyimiz çarxın rejissoru Zəki Bağırov, montajı Mircəlil Ağayevə məxsusdur. Klipin çəkilişində “Azəri prodakşın” öz dəstəyini əsirgəmədi. Bu işdə hər kəs bizə dəstək göstərdi.  Buna görə hamıya təşəkkürümü bildirirəm”.
 
 
 
Bəstəkar bildirdi ki, “Səssiz duyğular” adlanan bu klipdə əməkdar artist Bəhram Bağırzadə, Sevinc Tofiqızı, Elnar və autizmdən əziyyət çəkən uşaqlar, gənclər  rol alıb. Məlumat üçün bildirək ki, tezliklə bu video çarxın təqdimatı keçiriləcək.
 
 
 
Qeyd edək ki, Sevinc Tofiqqızının “Mübariz” mahnısı Türk mətbuatının böyük marağına səbəb olub. Hazırda Türkiyədə olan  bəstəkar müxtəlif problemlərə toxunur və daha çox vətənpərvər ruhda mahnılara üstünlük verir. Onun müəllifi olduğu mahnılar Türkiyə mediası və təşkilatları tərəfindən mükafatlara layiq görülüb.
 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”