Yeni yol Ermənistanla düyünü açacaqmı?

10:58 15-03-2022 | icon 514 | Siyasət
Yeni yol Ermənistanla düyünü açacaqmı?

“Bu dəhliz Laçında sərbəst fəaliyyətimizi stimullaşdıracaq”

 

İranla Azərbaycan arasında yeni quru yolun açılması gündəmin müzakirə mövzusu olaraq müxtəlif aspektlərdə təhlil olunmaqdadır.

 

İlkin olaraq müxtəlif suallar ortaya çıxır: İran-Azərbaycan yolu “Zəngəzur dəhlizi”nin taleyinə necə təsir edəcək. Azərbaycandan Ermənistana və İrana keçən yollar nə dərəcədə bir-birinə ziddir. İrana yeni yol hansı anlama gəlir və bu proses Qarabağda, xüsuzən “Laçın dəhlizi”ndə gedən proseslərə necə təsir edəcək.

 

Siyasi elmlər doktoru, politoloq Mətin Məmmədli şərhində bildirib ki, Azərbaycanın İrandan keçərək Naxçıvanla quru əlaqələrinin yaradılmasını nəzərdə tutan son memorandum “Zəngəzur dəhlizi”nə alternativ deyil:

 

“Əksinə, İrana gedən bu yol həmin dəhlizə parallel olaraq düşünülüb ki, bu da Ermənistanın son 1 il yarım ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı nümayiş elətdirdiyi qeyri-konstruktiv mövqe ilə bağlıdır. Yəni Ermənistan üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhtəlikləri bu günə qədər yerinə yetirmək istəmir. Öhtəliyə görə Ermənistan Zəngəzur dəhlizinin açılmasını təmin etməli və Azərbaycan Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı ölkəmizə olan təzyiqinin qarşısını almalı idi. Məhz bu kontekstdə ölkəmiz İrandan Naxçıvana yeni bir kommunikasiya xəttlərinin, yeni bir dəhlizin açılmasını təmin etdi. Azərbaycanın onun bir hissəsi olan Naxçıvanla quru əlaqələrinin olması ölkəmiz üçün çox böyük geosiyasi əhəmiyyətə malikdir”.

 

M.Məmmədli bildirib ki, Azərbaycanın artıq İrandan Naxçıvana dəhliz açmağımız Qarabağda, xüsusilə də “Laçın dəhlizi”ndə sərbəst fəaliyyətimizi stimullaşdıracaq:

 

“Əgər ermənilər bizə Zəngəzurdan Naxçıvana gedib-gəlmək üçün dəhliz vermirsə, o zaman nə üçün Ermənistan “Laçın dəhlizi”ndən Qarabağdakı ermənilərlə əlaqə baxımından istifadə etməlidir. Təbii ki, yaxın perspektivdə Azərbaycan hakimiyyəti, dövləti artıq “Laçın dəhlizi”nə özünün nəzarətini tam bərpa edəcək. Azərbaycan hökuməti Rusiya Xarici İşlər Nazirliyinə, beynəlxalq təşkilatlara, bir sıra dölətlərə müraciət edərək Laçın dəhlizindən Ermənistanın qeyri-qanuni olaraq istifadəsi məsələsini qaldırıb. Azərbaycan “Laçın dəhlizi” ilə bağlı qeyri-müəyyənliklərə son qoymalıdır və bu baş verəcək”.

 

Hüquq elmləri doktoru, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli İranla Azərbaycan arasında imzalanan memorandumu çox yüksək qiymətləndirib.

 

O, hesab edir ki, bu memarandom Zəngəzur dəhlizinin açılmasını sürətləndirən amil olmaqla yanaşı, həm də Azərbaycan üçün alternative bir yoldur:

 

“Çünki Ermənistan uzun müddətdir ki, “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı məsələləri gündəmdən çıxarıb. Bu bardə ara-sıra fikirlər səsləndirsələr də, faktiki olaraq heç bir iş görülmür. Ona görə də Azərbaycanın alternativ yollar axtarması təbii qəbul olunmalıdır. İrandan keçən yol sərhəddən o tərəfdə azərbaycanlıların yaşadığı ərazilərdən keçir. Bu, gələcəkdə İran ərazisində yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsinə, İranda yaşayan azərbaycanlıların türk dünyası ilə bağlı proseslərə cəlb olunmasına çox böyük kömək edə bilər. Hər halda hesab edirəm ki, Azərbaycan diplomatiyasının növbəti uğurlarından biridir”.

 

Q.Əlibəyli hesab edir ki, gələcəkdə hər iki yolun işləməsi mümkündür. Onun fikrincə, İran-Azərbaycan arasında yeni quru yollarının açılması “Zəngəzur dəhlizi”nin açılmasını istisna eləmir:

 

“Bizim alternativ yollarımız olmalıdır. Çünki biz ermənilərə etibar edib təkcə o yola ümid edə bilmərik. Bu alternativ yol da razılaşdırılıb və inşaallah yaxın vaxtlarda işə düşər”.

 

Partiya sədri hesab edir ki, İranla Azərbaycan arasında açılan bu yeni yol İranın Zəngəzur dəhlizi, yolu ilə bağlı narazılığını da aradan qaldıracaq. Onun fikrincə, artıq İran da loqistika ilə bağlı prosesə cəlb olunur. Təbii ki, bu yol Azərbaycan üçün də xeyirlidir, İran üçün də:

 

“Ermənistan istənilən vaxt Zəngəzur dəhlizini qapada, yaxud təxribat yarada bilər. Amma İranla əlaqələrin möhkəmləndirilməsi gələcəkdə bütövlükdə Cənubi Qafqazda Azərbaycan, İran, Türkiyə münasibətlərinin yaxşılaşmasına gətirib çıxardacaq. Təbii ki, memorandumun imzalanması gələcəkdə Zəngəzur dəhlizi ilə bağlı müəyyən fikir ayrılıqlarına da aydınlıq gətirə bilər”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı