Dünyanın məşhur universitetinin təqaüdünü QAZANDI

15:05 15-03-2022 | icon 616 | Təhsil
Dünyanın məşhur universitetinin təqaüdünü QAZANDI

Azərbaycanlı məktəbli dünyanın məşhur universitetinin təqaüdünü qazanıb.

 

O, Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi, olimpiada qalibi Salman Hüseynovdur.

 

S.Hüseynov dünyanın top universitetlərindən olan Massaçusets Texnologiya Universitetində (MIT) təhsil alacaq.

 

11-ci sinif şagirdi Zaman Hüseynov dünyanın top universitetlərindən Massaçusets Texnologiya Universitetinə təqaüdlə qəbul şansı əldə edib. Orta təhsili müddətində bir neçə dəfə Respublika fənn olimpiadalarında iştirak edən və uğur qazanan məktəbli, həmçinin, beynəlxalq olimpiadada uğurlu nəticə göstərib.

 

Dünyanın top universitetlərindən birində təqaüd şansı qazanan istedadlı şagird uğur və gələcək planlarını AzEdu.az-la bölüşüb:

 

- Hüseynov Salman Zaman oğlu, 2005-ci ildə Astara rayonunun Pensər kəndində doğulmuşam, hazırda da burada yaşayıram. Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 nömrəli məktəb-liseyinin 11-ci sinif şagirdiyəm. 7-ci sinifdə təhsil alarkən 1 il müddətində Lənkəran İstək Liseyində təhsil almışdım. Ancaq yenidən əvvəlki məktəbimə qayıtdım.

2019-cu ildə Biologiya üzrə Respublika fənn olimpiadasından bürünc medal, 2020-ci ildə Kimya üzrə Respublika fənn olimpiadasında gümüş medal qazanmışam. Daha sonra isə 2021-ci ildə Kimya üzrə Respublika fənn olimpiadasında qızıl medala layiq görüldüm. Həmçinin, 2021-ci ildə Yaponiyada distant şəkildə təşkil edilən ICHO - Beynəlxalq Kimya Olimpiadasında  III yeri əldə edərək bürünc medal qazandım.

 

- Necə oldu ki, dünyanın top universitetlərindən birinə təqaüdlə qəbul şansı qazandınız?

 

- 2021-ci ildə Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazandıqdan sonra Azərbaycan ali təhsil müəssisələrinə imtahansız qəbul şansı əldə etdim. Ancaq sonra mən xarici universitetlərə sənəd vermək qərarına gəldim. Bu zaman “Roof Akademiya”sının treyninqində bir sıra müəllimlərin köməyi ilə müxtəlif universitetlərə sənədlərimi göndərərək müraciət etdim. Cavab gələn ilk universitet Massaçusets Texnologiya Universiteti idi və cavab da müsbət oldu, qəbul aldım.

 

- Ümumilikdə bu cavab sizin üçün nə dərəcədə gözlənilən idi?

 

- Amerika universitetlərinə qəbul sistemi belə bir şeydir ki, kiminsə dəqiq olaraq qəbul olub-olmamasını təxmin etmək çətindir. Ona görə də gözləntilər bir az aşağı olsa da, bunun mümkün olacağını bilirdim və ümidim də var idi. Fakültə seçimi isə II kursda müəyyənləşəcək.

 

- Həm təhsil, həm də karyera istiqamətində gələcək üçün planlarınız nələrdir?

 

- 4 illik bakalavr pilləsini başa vurduqdan sonra nə etməyi dəqiq bilmək mümkün deyil. Hazırda isə planlarım bundan ibarətdir ki, mühəndislik dərəcəsi almaq istəyirəm. Həmçinin mümkün olacağı təqdirdə Kimya mühəndisliyi, yaxud Kompüter mühəndisliyi sahələrində gələcək karyeramı qurmaq istəyirəm. Bu yolda ailəmin dəstəyi mənimlədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...