İlaxır çərşənbədə yanıq xəsarəti alanların SAYI
Dünən Azərbaycanda Novruz bayramının İlaxır çərşənbəsi - Torpaq çərşənbəsində doqquz nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.
Versus.Az xəbər verir ki, bu barədə 5 saylı Kliniki Xəstəxanadan məlumat verilib.
Bildirilib ki, ötən gün doqquz nəfər tonqalda yanma ilə bağlı müraciət edib:
“Yüngül xəsarət aldıqlarına görə ilkin yardım göstərilib və evə buraxılıb”.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, çərşənbə tonqalının üzərindən tullanan zaman yanıq xəsarətləri alan 3 nəfər stansiyaya müraciət edib. Onlar müxtəlif yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparıblar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"