Bakıda daha bir dəhşətli QƏZA

14:16 16-03-2022 | icon 387 | Hadisə
Bakıda daha bir dəhşətli QƏZA

Betonqarışdıran maşın minik avtomobilinin üzərinə aşdı

 

Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub. Bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.

 

Bildirilib ki, Suraxanı rayonu, Aeroport yolunda betonqarışdıran maşın “Opel” markalı avtomobilin üzərinə aşıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı təsdiqləyib:

 

“Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir. Hadisə nəticəsində xəsarət alanlar var”.

 

Qeyd edək ki, qəzada üç nəfər xəsarət alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub:

 

“Daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin