Adı 8 milyonluq qalmaqalda hallanan deputatın qızından açıqlama

17:46 16-03-2022 | icon 508 | Hadisə
Adı 8 milyonluq qalmaqalda hallanan deputatın qızından açıqlama

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sonuncu iclasda iş üzrə zərərçəkən İbrahim Zeynalovun qanunsuz olaraq həbsə alınması, 7 ay 17 gün saxlamaqla ailəsindən 8 milyon dollar alınması epizodu araşdırılıb.

 

Bu epizod araşdırılarkən həbsdəki general Mövlam Şıxəliyev ayağa qalxıb, işçisi olmuş, hazırda təqsirləndirilən şəxs statusunda olan Yasin Məmmədova bir neçə sual verib.

 

Yasin Məmmədov Mövlam Şıxəliyevin “Səni and verirəm Allaha, aç, de. O pul kimə çatıb?

Mənim pul söhbətindən xəbərim olub?” sualına o, “O pullar Ziyad Səmədzadəyə çatıb” deyib.

 

Hakimin dəqiqləşdirici sualına İbrahim Zeynalovun oğlu İlqar Zeynalov isə belə cavab verib: “Ziyad Səmədzadənin atamla işbirliyi vardı. Onun vasitəsilə bankdan 3 milyon 500 min manat pul kredit götürülmüşdü. Bu pulla bağlı atamla Ziyad Səmədzadənin arası dəymişdi. Bundan sonra da atamı tutdular, başımıza oyun açdılar. Bizi müflis elədilər. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla mən bu gün rayonda vaqonda yaşayırıq. ”Mövlam Şıxəliyev, onun oğlu və Yasin Məmmədov 8 milyondan əlavə 4 hektar torpağı da əlimizdən aldılar".

Ziyad Səmədzadənin cibinə həmişə pul qoyurdum” - Vaqonda yaşayan iş adamı

Versus.az xəbər verir ki, “Yeni Müsavat”ın əməkdaşı İbrahim Zeynalovun yaşadığı Neftçalanın Kürkənd kəndində onunla görüşüb. Zərərçəkən bildirib ki, onun həbsini Ziyad Səmədzadənin sifariş verdiyini düşünür.

 “Ziyad Səmədzadə dedi ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də, mənə kredit verməmişdilər. Ziyad Səmədzadə deyəndən sonra həmin 3 milyon manatı ayırdılar. İlk vaxtlar kreditdən imtina etmək istədim, düşündüm ki, öz imkanlarımı tam səfərbər edib fabriki quraram. Ziyad Səmədzadənin israrlarından sonra gedib o krediti götürdüm. 10 faizini də qaytarıb Ziyad Səmədzadəyə verdim. Fabrik işə düşəndən sonra Ziyad Səmədzadə gəldi ki, fabrikin 51 faizini mənim adıma keçir. Razılaşmadım, aramızda narazılıq oldu. Dedi ki, sənin başına oyun açacağam. Heç ağlıma gəlməzdi ki, o, mənə qarşı belə bir naxələflik edər. Məni tutdurar, sifarişlə!”

Məmur-vətəndaş münasibətləri ən yüksək səviyyəyə qaldırılmalıdır” –  AKADEMİK - Azinforum.az İnformasiya Portalı

Zərərçəkən Ziyad Səmədzadənin qızı Aygün Səmədzadənin evini təmir etdirməsini də deyib. Bildirib ki, özünün həbsindən sonra həyat yoldaşı ilə ümumi tanışları olan həkim Ziyad Səmədzadənin evinə gedib. O zaman onları Ziyad Səmədzadənin qızı Aygün Səmədzadə qarşılayıb: “Ziyad Səmədzadə ilə münasibətlərim çox yaxşıydı deyə, evimin içinə gəlib gedirdi deyə, mənim işlərim haqda da məlumatı vardı. Hətta qızının villasını da təmir elətdirmişdim”.

Aygün Səmədzadə - YouTube

Versus.az xəbər verir ki, tanınmış bəstəkar Aygün Səmədzadə “Yeni Müsavat”a mövqeyini yazılı şəkildə təqdim edib.

Xahiş edib ki, mövqeyi olduğu kimi dərc edilsin. Aygün Səmədzadənin mövqeyini olduğu kimi nəzərinizə çatdırırıq: “Bu iddialar, yazılar məni narahat etmir desəm, səmimi olmaram. Belə çirkin söhbətlərdə adımızın hallanmasına son qoymaq üçün münasibət bildirirəm və düşünürəm ki, yazını diqqətlə oxuyanlar doğru nəticə çıxaracaqlar.

Hazırda ilboyu yaşadığım evin torpaq sahəsini hamı kimi mən də satın almışam -  sənədlə, möhürlə (torpaqların satışına da həmin bu adam vəzifəsinə görə başçılıq edib). 20 sot yer üçün o zaman 2000 manat ödəmişəm (hamı bilir ki, qiymət artımlarından çox-çox əvvəl o ərazilərdə 1 sotun qiyməti 80-100 AZN idi). Mən sənəd baxımından səliqəli bir adam olduğumdan və evin təmirinə özüm rəhbərlik etdiyimdən ən kiçik mismarlardan tutmuş bütün ləvazimatların qaimələrini saxlayıram və təmir üçün getdiyim bütün mağazaların ünvanını belə yadda saxlamışam - yəni mənim evimi kiminsə təmir etməsi ən absurd ifadədir.

“Villa” kimi təqdim olunan evin tikintisinə 2003-cü ildə başlamışam və tam təmirini 2015-ci ildə başa çatdırmışam. Nəzərinizə çatdırım ki, 2005, 2009, 2015-ci illərdə H.Əliyev sarayında 3 konsert vermişəm, konsert xərclərim və gəlirlərim mütəmadi sənədləşdirilib, 5 teatr və 3 film musiqilərindən aldığım qonorarlar da həmin dövrə aiddir, intizamlı vergi ödəyicisiyəm, gəlirlərim şəffafdır və nailiyyətlərim, yaradıcılığım, zəhmətim bahasına özümə, hər halda, bir ev tikmək imkanına malik ola bilərəm.

Bunları ardıcıl qeyd etməkdə məqsədim yaradıcılıq fəaliyyətim və maddi təminatım arasında illər baxımından paralellər aparmanıza yardım etməkdir. Bu arada sənət arenasına təmənnasız çıxardığım 10-larla musiqiçini də yadınıza salmaq istərdim. Ehtiyacım olsaydı bu istedadları da ən məşhur mahnılarımla təmənnasız üzə çıxarmazdım. Kimdənsə kömək gözləməkdənsə, elə mahnıları da pula satardım. Məni burada bir sual maraqlandırır. Əvvəldə qeyd etdiyim kimi, torpağı mən də hamı üçün eyni olan qiymətə almışam. Mənə kimə, nəyə görəsə heç bir güzəşt olmayıb. Bu gün 2000 manat kimlərəsə çox balaca görünə bilər. O zaman normal, mənim üçünsə çox pul idi. Hətta o qədər çox idi ki, qonşuluqdakı 20 sot torpağı da mənə o qiymətə təklif edəndə almağa imkanım olmadı. Tanımadığım, bizim üçün “nələrsə edən”, hətta evin təmirində iştirakını (hətta kənd yollarında hər tin başında satılan ucuz tamet-metlaxı da hədiyyə etdiyini deyən) iddia edən adam, görəsən, “bu qədər əliaçıqlığı ola-ola” torpağı niyə mənə bağışlamayıb, pulla satıb? Və bu qədər var-dövlət sahibi olan vəzifəli adam torpaqları əhaliyə satarkən niyə insanların bir çoxu indiyə qədər sənədsizdir və bildiyim qədər satılan torpaqların pullarının çox hissəsi  dövlət büdcəsinə belə keçməyib. Belə olan surətdə  adamın həbs səbəbilə məsələləri yanlış istiqamətdə işıqlandırıb, nəzərləri başqa tərəflərə yönəltmək kimlərə lazımdır? Bu, dişi ağrıyan adama mədə əlacı vermək kimi bir şeydir.

 

2-ci iddia. Guya mən bu adamın  bizə gələn qohumlarını qapımdan qovmuşam. Mən mədəni bir evdə böyümüşəm. Qapıma gələn insanları deyil, heç heyvanları da naümid qaytarıb qovmaram.

Təqdimata ehtiyac olmasa da Atam Ziyad Səmədzadə Azərbaycanın böyük alimidir, dünya çapında adı keçən iqtisadçıdır, akademikdir. Həyatını Azərbaycan elminə həsr etmiş, minlərlə gənc mütəxəssis yetişdirmiş ziyalıdır, illər boyu yüksək vəzifələrdə olmuş, Azərbaycanı ali səviyyələrdə təmsil etmiş ictimai xadimdir. Həyatı, təcrübələri, peşəsi və paklığı onu heç zaman heç kimə möhtac etməyib və etməyəcək.

Bunları yazmaqda məqsədim kiməsə hesabat vermək və ya özümüzü təmizə çıxarmaq deyil. Əslində hamı kimin kim olduğunu gözəl bilir".

Qeyd edək ki, bu gün, martın 15-də Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üzrə proses davam etdiriləcək.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...