“Bolşoy Teatr”ın prima balerinasından ETİRAZ
Rusiyanın balet ulduzlarından biri Olqa Smirnova ölkəsinin Ukraynaya təcavüzünü pisləyərək Böyük Teatrın truppasını tərk edib.
Niderland Milli Baletindən bildirilib ki, prima balerina Ukraynadakı müharibədən utandığını açıq şəkildə bildirdikdən sonra daha öz ölkəsində çıxış edə bilməyəcək və fəaliyyətini Niderlandda davam etdirəcək.
“Mən bütün varlığımla müharibəyə qarşıyam. Məsələ burasındadır ki, hər ikinci rusiyalının Ukraynada yaşayan qohumları və ya dostları var. Babam ukraynalıdır, mən isə 25% ukraynalıyam.
Müasir sivil dünyada siyasi məsələlər müstəsna olaraq sülh danışıqları yolu ilə həll edilməlidir. Rusiyadan utanacağımı heç düşünməmişdim. Mən həmişə istedadlı rus xalqı, bizim mədəni və idman nailiyyətlərimizlə fəxr etmişəm. Amma indi keçmiş və gələcək üzərindən xətt çəkilib...
Biz hərbi əməliyyatların episentrində olmasaq da, qlobal fəlakətə biganə qala bilmərik”, - məşhur balerina “Telegram” kanalında yazıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"