Nişanlanmada razılaşma imzasının İZİ
Türkiyəli iş adamı Mehmet Dinçerlərlə evlənməyə qərar verən məşhur pop müğənni Hadisənin dünən nişan mərasimi baş tutub.
Bütün addımlarını türk adət və ənənələrinə uyğun olaraq atan Hadisənin Belçikadan gələn anası Gülnihal Açıkgöz də mərasimdə iştirak edib.
Məlum olub ki, hər xırdalığa diqqətlə yanaşan pop ulduz bütün işçilərlə gizlilik müqaviləsi bağlayıb.
Müqaviləyə əsasən, heç bir işçi qətiyyən nişan mərasimi ilə bağlı sosial mediada paylaşım etməməli, heç bir məlumatı yaymamalıdır.
Əks təqdirdə həmin şəxs böyük məbləğdə təzminat ödəməlidir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"