Yeni superqəhrəman müsəlman olacaq
Öz fantastik filmlərilə məşhurlaşan “Marvel” kinostudiyası yeni serialının ilk görüntülərini təqdim edib.
“Misis Marvel” adlı ekran əsərinin qəhrəmanı Nyu-Cersidə yaşayan 16 yaşlı pakistan mənşəli amerikalı Kamala Xandır.
O, yeni məktəbinə və ətraf mühitə uyğunlaşmağa can atdığı bir zamanda yaxınlığındakı bomba partlayışı nəticəsində fövqəl gücə sahib olur.
Baş rolu İman Vəllaninin canlandırdığı, Adil əl-Ərbi və Bilal Fəllah tərəfindən ərsəyə gətirilən serial altı bölümdən ibarətdir.
Onun nümayişinə iyunun 8-dən etibarən “Disney Plus” platformasında başlanacaq.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"