Gülməli olsa da, bu da XƏSTƏLİKDİR

10:32 17-03-2022 | icon 952 | Sağlamlıq
Gülməli olsa da, bu da XƏSTƏLİKDİR

Nərminə Abbasova: “Ciddi xəstəlik kimi görünmür, ancaq uzun zaman davam edərsə...”

 

Hər bir insanda hıçqırıq olur. Kimisi uzun-uzun ağlayandan sonra, kimisi çox güləndən sonra, kimisi yemək yeyəndən sonra, kimisi ac olanda və sair kimi hallarda hıçqırır. Bəzən səbəbsiz hıçqırmalar da olur. Bu hıçqırmalara ötəri yanaşsaq da, əslində ehtiyat etməli olduğumuz məsələdir.

 

Elə ailə həkimimiz, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA da Versus.Az-ın oxucularına həmin ehtiyat etməli olduğumuz problemlərdən danışıb.

 

Həkim deyir ki, hıçqırıq anidən başlayır və əksərən ciddi xəstəlik kimi görünmür. Ancaq uzun zaman davam edərsə, deməli hər hansısa xəstəlikdən xəbər verir. Nərminə xanım bildirdi ki, hıçqırıq bəzən bir neçə üsullarla tezliklə dayandırlır. Lakin uzun müddət davam edən bu durum, adamda stress yaşadır:

 

 

“Bundan başqa 48 saat davam edən hıçqırmanın arxasında qırtlaq, ağciyər xəstəlikləri, ürək membranında infeksiya və beyin şişi problemləri dayanır. Çox sürətli yemək yemək, həddindən artıq spirt və siqaret çəkmək hıçqırmağa səbəb ola bilər. Sual oluna bilər ki, ümumiyyətlə hıçqırıq nədir. Qeyd edim ki, sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alışına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu qisim bağlanır və buradan keçən hava ani olaraq kəsilir. Bu vəziyyət hıçqırığın çıxardığı səsin səbəbidir”.

 

Həkim terapevt vurğuladı ki, səbəbləri çox müxtəlifdir. Onun sözlərinə görə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən sıx rast gəlinilən səbəblərdir:

 

 

“Həmçinin, bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də hıçqırıq səbəb kimi görülə bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda mütləq həkim müayinəsindən keçmək lazımdır. Qeyd edim ki, dəqiqədə 10-30 dəfə təkrarlanan bu sıxılmalar diafraqmadan başqa qabırğalar arasındakı əzələlərdə də ola bilər. Hıçqırıq çox vaxt qısa davamlı və zərərsizdir, sağlam şəxslərdə isə müvəqqəti bir narahatlıq olaraq ortaya çıxa bilər. Kiçik körpələrdə və çox sürətli yemək yeyən, bu sırada hava udan kəslərdə görülən hıçqıraq buna yaxşı bir nümunədir. Həddindən artıq gülmək, qıdıqlanma və ya çox siqaret çəkmək, spirtli içkilər qəbul etmək, əsəb pozğunluğu, hava udulması kimi hallarda müvəqqəti hıçqırıqlarla ortaya çıxır”.


 
Nərminə xanım bildirdi ki, sinir sistemi və mədə narahatlıqları ehtimalını nəzərdən qaçırmaq olmaz. Həkimin sözlərinə görə, hıçqırıq bəzən günlərlə-həftələrlə kəsilməyə bilər, xəstəni ciddi şəkildə narahat edə bilər və bilinməsi vacib olan xəstəliyin əlaməti ola bilər:

 

“Uzun davamlı hıçqırıqlar xəstənin yemək yeməsinə, yuxusuna, danışmasına təsir göstərir. Cərrahi cəhd zamanı və sonrasında ortaya çıxan hıçqırıqlar da müxtəlif narahatlıqlara gətirib çıxarır. Hıçqırığın mərkəz sinir sistemi xəstəliklərindən mədə xəstəliklərinə qədər çox fərqli səbəbləri ola bilər. Mədə reflüksu və hıçqırıq əlaqəsinə diqqət etmək vacibdir. Hıçqırıq meningit, beyində olan daxili qanaxma, beyin şişləri və beyindəki yaşlılıqla əlaqədar dəyişikliklər kimi mərkəzi sinir sistemi xəstəliklərinin birinin tapıntısı ola bilər. Mədə reflüksu xəstələrində hıçqırıq da ola bilər. Bu kəslər uzun müddət hıçqırıq səbəbindən nəzarətdə olur və reflüks xəstəliyi əlamətini isə göstərməz”.


 
Həkim terapevt deyir ki, bu xəstələrdə reflüks müalicə edildiyi zaman hıçqırıq da keçər. Hər bir adamı zaman-zaman hıçqırıq tuta bilər, amma reflüksu olan xəstələrdə bunun daha tez və uzun müddətli olduğu müşahidə edilir:

 

“Təbii ki hər hıçqırıq tutan adamın reflüksu olmur. Hər iki ağciyər arasında qalan və içində ürəyin də olduğu döş qəfəsi adı verilən bölgənin xəstəliklərində də hıçqırıq inkişaf edə bilər. Buradakı limfa düyünlərinin vərəm, xərçəng və ya başqa səbəblərlə əlaqədar böyüməsi, sinir zədəsi, həddindən artıq ürək böyüməsi, ürək çatışmazlığı (infarkt) və yemək borusunda olan tıxanmalar bu xəstəliklərin başlıcalarındandır”.


 
Nərminə xanım vurğuladı ki, sətəlcəm və ağciyər pərdələri arasında maye toplanması da hıçqırığa səbəb ola bilər. Həkimin sözlərinə görə, diafraqma əzələsinin yırtıqları, qaraciyər şiş və mədə xərçəngi, dalaq infarkt, bağırsaqda olan tıxanmalar, kəskin pankreatit kimi xəstəliklərlə hıçqırıq müəyyən olunur:

 

“Bu üsullarla dayanmayan hıçqırıq üçün sakitləşdiricilər, əzələ genişlənməsi kimi müxtəlif dərmanlar təsirli ola bilər. Boyundakı şah damarı həkim tərəfindən masaj edilə bilər. Keçmədiyi təqdirdə həkimə müraciət edilməlidir. Durdurulmayan hıçqırıq üçün son çarə sinir əyləcinin bir anestetik dərmanla və ya cərrahi blokadasını təmin etməkdir”.


 
Həkim hıçqırığa təkan verən səbəbləri də sadaladı. Bildirdi ki, qastro-ezofageal reflüks xəstəliyi, həddindən çox yemək və yaxud qazlı içki istehlak etmək, ifrat dərəcədə acılı qidalanmaq, çox alkoqol qəbul etmək, ağciyərlərin siqaret və digər narahat edən qoxularla stimullaşdırılması, həddindən çox kədər və sevinc hıçqırıq zamanı müəyyən üsullardan istifadə etmək lazımdır. Məsələn, buruna sirkə çəkmək, limon və ya ammonyak kimi kəskin iyli maddələr qoxlamaq, sürətli nəfəs alıb-vermək, dərin nəfəs alıb, nəfəsi tutmaq, dilin arxa hissəinə qaşıqla vurmaqla öyümə hissi yaratmaq, buz parçası udmaq, yaxud buzlu su içmək, üzü soyuq su ilə yumaq və yaxud üzə soyuq su ilə kompres etmək lazımdır.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova hıçqırıq problemi olan insanlara hıçqırığa ötəri yanaşmamağı tövsiyyə etdi və hər bir halda həkimə müraciəti mütləq saydı. Narahatlığı olan hər kəs MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə gələ bilər. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI