Fransaya baha başa gəldi

14:41 17-03-2022 | icon 464 | Geopolitika
Fransaya baha başa gəldi

Korsikanın müqəddəratı kimin əlindədir?

 

 

 

TURAN RZAYEV
/politoloq/

 

Hər fürsətdə Azərbaycan qarşısında Ermənistanı dəstəkləyən, erməni separatizmini "xalqın öz müqəddaratını təyin etməsi” kimi qəbul edən Fransa bu günlərdə özü separatizmdən əziyyət çəkir.

 

Artıq bir neçə gündür ki, Fransaya bağlı Korsika adasında şiddətli ixtişaşlar yaşanır. Adanın ən önəmli liman şəhəri Bastiada etirazçılar dövlət binalarına, polis bölmələrinə Molotov kokteylləri, daş və müxtəlif partlayıcılarla hücum edir. Bölgədə 40-dan çox insanın yaralandığı, onlardan 25-nin polis əməkdaşı olduğu bildirilir. Bastia qubernatoru şəhər əhalisinin təhlükəsizliyi üçün evlərində qalmağa dəvət etsə də, nümayişlərdə 7 mindən çox fəalın iştirak etdiyi bildirilir.

 

Korsikalıları ayağa qaldıran səbəb



Yaxın 10 ildə Avropada geniş vüsət alan separatizm hərəkatından Fransa da yan keçməyib. Ölkə daxilində Korsika, Burqundiya, Bretoniya və azsaylı baskların müstəqillik hərəkatı mövcuddur. Korsikada baş verən hadisələr də bunu təsdiqləyir.

 

Bu gün adada baş verən ixtişaşlar ilk belə hal deyil. Ehtimal ki, son da olmayacaq.

 

Ada əhalisində ciddi mənada bir müstəqillik düşüncəsi hakimdir. Hətta bu istiqamətdə adada 5 may 1976-cı ildə yaradılan "Front de Libération Nationale Corse" (Korsika Milli Qutuluş Cəbhəsi) adlı silahlı qruplaşma da fəaliyyət göstərir. FLNC 2015-ci ildə silahlı mübarizəni dayandırsa da, mövcud ixtişaşlar da izi hiss olunur.



Mövcud ixtişaşların əsas səbəbinə gəldikdə isə, korsikalılar adanın müstəqilliyini tələb edən və keçmiş qubernator Klod Erinnakı öldürməkdə təqsirli bilinən İvan Kolonnanın martın 2-də başqa bir məhkumun hücumuna məruz qalması və saxlanıldığı Fransanın Arles şəhərindəki həbsxanada komaya düşməsinə qəzəblənib. Hadisədən sonra həmkarlar ittifaqlarının çağırışı ilə Korsikada Kolonnaya dəstək nümayişləri başlayıb.


Paris güzəştə gedəcəyini desə də, korsikalılar Makrona inanmır!

 

Əvvəla onu deyim ki, İvan Kolonnanın həbsxanada məhbuslardan biri tərəfindən ölümcül şəkildə döyülməsi şübhəli hadisədir. Çünki Kolonnan Parisin ada üzərindəki hakimiyyətinə ciddi təhdid hesab edilir. Mümkündür ki, İvan Kolonnanın ölümcül şəkildə döyülməsi rəsmi Parisin sifarişi ilə həyata keçirilib.

 

Hadisə Parisin təlimatı ilə baş versə də, görünür, hadisələrin bu həddə çatacağı proqnazlaşdırılmırdı. Vəziyyətin ciddiləşməsi artıq rəsmi Parisi geri addım atmağa da vadar edib. Belə ki, Fransa daxili işlər naziri Jerard Darman ixtişaşların səngiməsi halında adaya muxtariyyətin veriləcəyini vəd edib.

 

Prinsip etibarilə rəsmi Paris bununla etirazçılar qarşısında geri addım atsa da, vədin gerçəkləşməsi sual altındadır. Məsələ ondadır ki, Fransa Prezidenti Emmanuel Makron da 2017-ci ildə prezident seçkiləri zamanı ada əhalisinə muxtariyyət sözü verib, ancaq bu günə qədər icra edilməyib.


Nəticə etibarilə bu gün Korsika adasında baş verən ixtişaşlar bir daha onu göstərir ki, separatizmin iki üzü də kəskin bir bıçaq kimidir. Ondan bu və ya başqa formada istifadə edən istənilən ölkə gec-tez separatizm bəlasına düçar olur. Türkiyədə "Kürdüstan”ı, Azərbaycanda "Arsax”ı dəstəkləyən Fransa bu gün Korsikada həmin problemlə üzləşir.

 

Korsikalıların öz müqəddəratını necə həll edəcəyinə gəldikdə isə, bunu zaman göstərəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”