"Üzeyir Hacıbəyli” və “Müslüm Maqomayev” adlı yeni kataloqlar - TƏQDİMAT

18:03 17-03-2022 | icon 732 | Mədəniyyət
"Üzeyir Hacıbəyli” və “Müslüm Maqomayev” adlı yeni kataloqlar - TƏQDİMAT

Milli Azərbaycan Tarixi Muzeyində muzeyin kolleksiyası əsasında işıq üzü görmüş "Üzeyir Hacıbəyli” (Bakı, “Təhsil”, 2021, 104 səh.) və “Müslüm Maqomayev” (Bakı, “Təhsil”, 2021, 104 səh.) adlı yeni kataloqların təqdimat mərasimi keçirildi.

 

Versus.Az xəbər verir ki, muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov tədbir haqqında qısa məlumat verib.

 

Muzeyin Baş direktoru, kataloqların həmmüəlliflərindən biri olan akademik Nailə Vəlixanlı qeyd etdi ki, təqdim olunan kataloqlar Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən dahi bəstəkarların - Müslüm Maqomayevin və Üzeyir Hacıbəylinin xatirəsinə bir töhfə kimi hazırlanıb.

 

Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları fondunun müdiri Rəna Səfərova həmmüəllifi olduğu kataloqların əhəmiyyətindən danışaraq, bildirdi ki, bu kataloqlar Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edir.

 

Kataloqda muzeyin Hədiyyələr və Xatirə Əşyaları, Sənədli Mənbələr və Foto-neqativ Materialları Etnoqrafiya, Təsviri Materiallar, Köməkçi Tarixi Fənn Materialları, Fotoneqativ materialları və Köməkçi Materiallar fondlarında qorunan M.Maqomayev və Üzeyir Hacıbəyliyə aid ümumilikdə 485 ədəd eksponat haqqında ətraflı məlumat verilir.

 

Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov və Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova qeyd etdilər ki, zəngin yaradıcılığı, Vətənə olan bağlılığı, sonsuz sevgisi ilə şöhrət qazanan dahi bəstəkarlar Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

 

Tədbirdə həmçinin, Niyazinin ev-muzeyinin direktoru Rza Bayramov, Ş.Ələkbərova adına 20 saylı Onbirillik Musiqi Məktəbinin direktoru Bəhriyyə Allahverdiyeva və mədəniyyət nümayəndələri iştirak ediblər.

 

Sonda tədbir bədii hissə ilə davam etdirildi. Ş.Ələkbərova adına 20 saylı Onbirillik Musiqi Məktəbinin konsertmeysterləri - N.İsayeva və S.Əliyevanın müşayiəti ilə 10-cu sinif şagirdi V.Məmmədov tarda M.Maqomayevin “Radio marşı”nı, “Kamerton” violin çalanlar ansamblı isə Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini ifa etdilər.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...