Rusiyalı məşhur müğənni Zemfira şəxsi "Youtube" kanalında bütün mahnılarını bağlayaraq, yalnız yeni yüklədiyi "Не стреляйте" ("Atəş açmayın") mahnısını tamaşaçılarına açıq qoyub.
Mahnıya çəkilmiş klipdə Ukraynadakı müharibədən və Rusiyada müharibə əleyhinə aksiyalardan (Marina Ovsyannikovanın demarşı da daxil) kadrlar yer alıb.
Mahnının sözlərində "atəş açmayın", "susmayın" kimi sözlər yer alır.
Bildirilir ki, müğənni müharibə başlayandan sonra Rusiyanı tərk edib.
Həmin klipi təqdim edirik: