Məşhur model və aparıcı boşanır
Türkiyəli məşhur model və aparıcı Ebru Şallı evliliyinə son vermək qərarına gəlib.
O, üç il əvvəl dəbdəbəli toyla evləndiyi Uğur Akkuşdan ayrılır.
2011-ci ildə küveytli sərmayəçiləri aldatması iddiası ilə mühakimə olunan Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun 8 il 4 ay həbs cəzası aldığı iddia edilib.
Maddi çətinlik çəkməsinə baxmayaraq, uzun müddət əri ilə birlikdə olan Şallının indi boşanma qərarı aldığı deyilir.
Evləndikdən sonra soyadını dəyişən Şallı sosial media hesabında dəyişiklik edib - Akkuş soyadını silib.
İddialara görə, borclar səbəbi ilə evə gələn icra məmurlarından bezən Şallının səbrini daşıran son hədd onların məşhurun keçmiş əri Harun Tanın da evinə getməsi olub.
Borclardan sıxılan keçmiş modelin həyat yoldaşından boşanmaqda qərarlı olduğu vurğulanıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"