Böyrəklər üçün zərərli və faydalı QİDALAR

11:20 21-03-2022 | icon 591 | Sağlamlıq
Böyrəklər üçün zərərli və faydalı QİDALAR

Böyrək xəstəlikləri insanlar arasında çox yayılsa da, simptomları gec fərq edilir. Araşdırmalara görə, xroniki böyrək xəstələrinin yalnız 10 faizi bu xəstəlikdən xəbərdardır.

 
 
Bəs böyrəkləri qorumaq üçün nə etmək lazımdır?
 
 
İstehlak etdiyiniz qidalara diqqət yetirməklə böyrəklərinizi müxtəlif xəstəliklərdən qoruya bilərsiniz.
 
 
Versus.Az böyrəklərə faydalı olan qidaları təqdim edir:
 
 
Alma. Böyrək xəstəliklərinin qarşısını almaq üçün bol miqdarda lif ehtiva edən alma istehlak edə bilərsiniz. Bu meyvənin sidik kisəsi problemlərinə qarşı effektiv olduğu məlumdur.
 
 
Ayrıqotu.Yol kənarında asanlıqla tapa biləcəyiniz ayrıqotu çirkli qanı və toksinləri təmizləyir.
 
 
Balqabaq. Böyrəkdə yığılmış daşların atılmasına imkan verir.
 
 
Cəfəri. Bədənə enerji verməklə yanaşı, xəstəliklərə qarşı qalxan rolunu oynayır.
 
 
Balqabaq tumu. Sink və dəmir mineralları olan balqabaq tumu Omeqa-3 təsiri ilə böyrək xəstəliklərində effektivdir.
 
 
Gavalı. Bədəndə dəmirin sorulmasına kömək edir, A, B, C vitaminləri ilə zəngindir.
 
 
Düyü. Düyü və düyü sıyığı böyrək xəstəliklərində itirilən kalorinin əvəz edilməsi baxımından vacibdir.
 
 
Adaçayı. Həzm sistemi ilə əlaqəli bir çox problemi aradan qaldıran adaçayı həftədə bir neçə dəfə istehlak edildikdə həzm rahatsızlığı və şişkinlik kimi problemləri aradan qaldırır. Tərkibindəki A, B və C vitaminləri sayəsində böyrəklərlə əlaqəli bir çox xəstəliyin qarşısını alır.
 
 
Su. Su böyrəklərimiz və bədənimiz üçün ən vacib həyat mənbəyidir. Böyrəklərin yaxşı işləməsi və gündəlik işini yerinə yetirməsi üçün gündə bir neçə litr su içilməlidir. Su gün ərzində bədənə daxil olan zərərli toksinləri xaric etməyə imkan verir.
 
 
Qatıq. Qatıq kimi fermentləşdirilmiş süd məhsulları probiotik olduğuna görə böyrək üçün vacibdir.
 
 
Göyərti. Göyərtilər A vitamini anbarıdır və böyrək daşlarına qarşı təsirli olur.
 
 
Qarpız. Qarpız sidikqovucu xüsusiyyəti ilə məşhurdur. Böyrəklərdəki qumu təmizləyir və duzu həll edir.
 
 
İtburnu. İtburnu bədənin xəstəliklərə qarşı mübarizə mexanizmlərini dəstəkləyir.
 
Böyrək xəstəliyi olan insanların pəhrizlərinə diqqət yetirmələri lazımdır. Böyrəkləri qorumaq üçün nə istehlak edilməli olduğunu sadaladıq. Bəs böyrək xəstəliyi olanlar və ya böyrəklərini qorumaq istəyənlər hansı qidalardan çəkinməlidirlər?
 
 
Bu qidalar böyrək üçün zərərlidir:
 
Konserva, qızardılmış duzlu ət, kolbasa-sosiska məhsulları, yeməkdadlandırıcı tabletlər, qazlı su, şokolad, tomat pastası, yağlı tumlar və çərəzlər (qoz, fındıq, badam, fıstıq).

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı