Kipriklərə çəkilən tuş kor edə bilər

11:26 21-03-2022 | icon 642 | Maraqlı
Kipriklərə çəkilən tuş kor edə bilər

Xanımların gözlərinə çəkdiyi kiprik tuşları, boyaları və linzalar korluqla nəticələnə bilər.

 
 
Versus.Az xəbər verir ki, rusiyalı həkim oftalmoloq, səhiyyə rəsmisi, professor Tatyana Şilova eyni zamanda linza, layner və kiprik tuşu istifadə edənlərin göz sağlamlığını itirməsi təhlükəli olduğunu açıqlayıb.
 
 
Keyfiyyətsiz, köhnə, kimyəvi maddə qatqılı göz kosmetikası ilk dəfədən olmasa da, sonrada gözlərə toksiki təsir edib, intoksikasiyaya səbəb ola bilir.
 
 
“Bu məhsullardan gözlər qızarır, sulanır, qıcıqlanır, sanki dumanlı görmə hissi yaranır, gözün üst səthi quruyur. Bura allergik komponent də əlavə olunsa, qaşınma, yanma baş verir. Dəfələrlə olub ki, toksik allergik reaksiya ola-ola bunu görməzdən gəlib, kosmetikaya davam edən, üstəlik kontakt linzalar taxan qızlar çox ağır vəziyyətə düşüblər və hətta kor olmaq həddinə çatıb. Belə hallar əlavə müalicələr tələb edir və bu aylarla çəkə bilər. Müalicə ərəfəsində pasiyentə gözlə qələm, tuş vurmaq qadağan edilir”.
 
 
Ucuz, keyfiyyətsiz, saxta kosmetik vasitələrin toksiki reaksiyası nəticəsində gözlərin baryer funksiyası pozulur, ora mikrob, infeksiya düşür, linzalar isə onların yayılmasına səbəb olur, nəticədə buynuz qişanın iltihabi keratiti baş verir. İnsanda görmə zəifləyir. /Bakupost.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı