Büstqalterlə yatmaq orqanizmə zərərlidirmi?

11:30 21-03-2022 | icon 541 | Maraqlı
Büstqalterlə yatmaq orqanizmə zərərlidirmi?

Büstqalterli, yoxsa büstqaltersiz? Uzun illərdir bu sual ətrafında çoxlu miflər dolaşır. Bir çox mənbələr bu alt geyimi ilə yatmağın bədənə çox zərərli olduğunu yazır.

 
 
 
Digər tərəfdən 8 saat dayaqsız qalan süd vəzilərinin əzələsi boşalır, forması dəyişir, sallanma yarana bilər.
 
 
Versus.Az xəbər verir ki, büstqalterlə yatmağın qadın orqanizminə hər hansı zərəri, mənfi təsiri barədə tibbi, elmi sübut, araşdırma yoxdur.
 
 
Amma böyük ölçüdə sinəyə malik qadınların məhz büstqalterlə yatması üçün tövsiyələr var.
 
 
Yuxuda yumşaq və düzgün büstqalter daşımaq yuxu zamanı çevrilərkən süd vəzilərinin hərəkətini məhdudlaşdırır və qadına komfort hissi verir. Amma yuxuda geyinilən büstqalter dəmirsiz, yumşaq olmalı, qan dövranına mane olmamalı, əzələni sıxmamalıdır. Eləcə də implant əməliyyatı etdirən, silikon taxan qadınlar bra geyinə bilər.
 
 
Bu implantların uzun müddət normal qalmasını təmin edib ömrünü uzadacaq.
 
 
Beləliklə, büstqalterlə yatmağın ürək xəstəliyi və xərçəng riski yaratması barədə elmi əsaslar yoxdur.
 
 
Lakin yeniyetməlik və gənclik dönəmində kip və bərk büstqalter taxmaq onların inkişafını azalda və qan dövranını poza bilər. Ona görə bu yaşlarda yatanda büstqalter taxmaq məsləhət deyil. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...