ABŞ müsəlmanların soyqırımını TANIDI
ABŞ dövlət katibi Entoni Blinken Myanma ordusunun Rohinca xalqına qarşı soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəlib.
“ABŞ Holokostdan əlavə yeddi soyqırımını tanıyıb. Bu da səkkizincisidir. Birma silahlı qüvvələrinin üzvləri Rohincalara qarşı soyqırım və insanlığa qarşı cinayətlər törədiblər”, - deyə Blinken bildirib.
O, çoxsaylı misallar gətirərək Myanma hərbçilərini Rohincalara qarşı qırğınlarda, kəndlərini dağıdıb, sakinlərə işgəncə verməkdə, zorlamaqda ittiham edib.
Blinken, həmçinin onilliklər ərzində Rohincaların hüquqların məhdudlaşdırılması, ayrı-seçkilik, ana dilində televiziya və radio yayımının dayandırılmasından da danışıb.
Qeyd edək ki, Rohincalar Myanmanın Rakhayn əyalətində yaşayan müsəlman etnik benqallardır. Onlar 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Britaniya müstəmləkəçi hakimiyyəti tərəfindən oraya köçürülmüş benqalların nəsilləridir. Rohincaların əksəriyyətinin Myanma vətəndaşlığı yoxdur. Belə ki, onlar 100 ildən çox Rakhayn əyalətində yaşamalarına baxmayaraq, bu ölkədə qeyri-qanuni miqrant sayılırlar.
Rohincaların Myanmadan qaçışı 2012-ci ildə bölgənin yerli sakinləri ilə dini və etnik zəmində toqquşmalardan sonra başlayıb. 2017-ci ildə 700.000-dən çox Rohinca Rakhayn əyalətini tərk edərək hələ də qaçqın düşərgələrində yaşadıqları Banqladeşə pənah aparıblar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"