“İçimizdə yurd adlı yaramız var” – TƏQDİMAT

17:16 26-11-2017 | icon 1497 | Ədəbiyyat
“İçimizdə yurd adlı yaramız var” – TƏQDİMAT

Noyabrın 25-də Sumqayıt Poeziya Evində şair-hüquqşünas Ədalət Qafarovun “İçimizdə yurd adlı yaramız var” şeirlər kitabının təqdimatı olub.

Versus.Az-ın məlumatına görə mərasimdə “İçimizdə yurd adlı yaramız var” şeirlər kitabının təqdimatı ilə yanaşı kitabın imzalanması da baş tutub.
Qeyd edək ki, təqdimatda şair-hüquqşünasın yaxın dostları, onun yaradıcılığını sevənlər də iştirak ediblər. Çıxışçılar Ədalət Qafarovun hüquqşünas fəaliyyətindən, eyni zamanda yaradıcılığından, şeirlərindən danışıblar, ona işlərində və yaradıcılığında uğurlar arzulayıblar.

Ədalət Qafarov da öz növbəsində müəllifi olduğu kitabın təqdimatında ona dəstək olan ziyalılara, respublikamızın digər şəhər və rayonlarından mərasimə təşrif buyurmuş hər kəsə minnətdarlığını bildirib.

Tədbir kitabların imzalanması ilə başa çatıb.
Qeyd edək ki, Ədalət İzzət oğlu Qafarov 1966-cı ildə Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. 1973-1983-cü illərdə doğulduğu kənddə orta məktəbdə təhsil alıb. Sonra Sumqayıt şəhər 44 nömrəli Texniki Peşə Məktəbinə daxil olub, 1984-1986-cı illərdə isə hərbi xidmətdə olub. İlk əmək fəaliyyətinə Sumqayıt şəhərində fəhlə kimi başlayıb. İşləyə-işləyə 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə universiteti bitirib.

1994-cü ildə Sumqayıt şəhər Xalq Məhkəməsində dəftərxana işində çalışmağa başlayıb. 1998-ci ildə isə Məhkəmə iclas katibi (hakim köməkçisi) vəzifəsində işləyib. 2000-ci ildə öz xahişinə əsasən həmin vəzifədən azad olunub. 10 dekabr 2000-ci ildən 14 noyabr 2007-ci ilədək Müstəqil Hüquq Məsləhətxanasında hüquq fəaliyyəti göstərib.
2007-ci ildən özünün təsis etdiyi “İzzət” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin direktoru vəzifəsində çalışır. Ailəlidir, 3 övlad atasıdır.
Milli Məclis və Bələdiyyə seçkilərində qeydiyyatdan keçərək namizəd olub.
“İçimizdə yurd adlı yaramız var” şeirlər kitabı müəllifin ilk şeirlər kitabıdır.

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…