Bakıda AĞIR QƏZA
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
Versus.Az xəbər verir ki, hadisə Səməd Vurğun və Hənifə Ələsgərova küçələrinin kəsişməsində qeydə alınıb.
Moped sürücüsü yol ayrıcını keçərkən onun nəqliyyat vasitəsini “Toyota” markalı avtomobil vurub. Mopedin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"