Ayaqlarınız KƏSİLƏ BİLƏR

17:28 22-03-2022 | icon 831 | Sağlamlıq
Ayaqlarınız KƏSİLƏ BİLƏR

Nərminə Abbasova: “Belə hallar hətta ölümə də səbəb olur”

 

Ayaqlarda ağırlıq hissi və ya ağrı, ayaqların yorulması, ödemi, qıcolması (xüsusilə gecə qıcolmaları), venaların genişlənməsi, ayaqlarda damar toru və trofik pozğunluqlar, ayaq dərisinin tündləşməsi və dərialtı piy toxumasının qalınlaşması artıq varikozdan xəbər verir.

 

Mövzuyla bağlı Versus.Az-a danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA bildirib ki, damar genişlənməsinə 20-30 faiz qadınlarda rast gəlinir. Onun sözlərinə görə, bu xəstəliyə kişilərdə çox az təsadüf edilir.

 

Həkim terapevt qeyd edib ki, qan arteriya vasitəsilə ayaqlara gəlir və oradan sürətli axınla ürəyə gedir. Kiçik damarlara yaxınlaşdıqda qanın hərəkəti yavaşayır və sonra yenidən damara yığılaraq ürəyə axır:

 

“Damarlarda klapanlar var. Bu klapanlar qanın geriyə axmasının qarşısını alır. Damarların divarları isə hər zaman tonusda olur və bu qüvvə qanı ayaqdan ürəyə itələyir. Ayaqlarımızın əzələsi qanın yaxşı işləməsində az rol oynamır. Bunun üçün eyni bir qaydada duranda ayaqlarımızı komfortlu hiss etməməyimiz təsadüfi deyil.

Damarlarda varikoz genişlənməsi zamanı ayaqların əzələsi və damarlarımızın divarlarının tonusu çox aşağı olur. Qan ürəyə vurulmaqdansa, klapanlar arasında durur. Bunun nəticəsində damarlar genişlənir, dərinin üzərinə çıxır və damarlar öz elastikliyini itirir. Bu da şişkinliyə, ayaqlarda ağrılara, hüceyrələrin normal qidalanmasına mane olur”.

 

Nərminə xanım deyir ki, varikoz çox zaman ayaqlarda olur. Həkimin sözlərinə görə, yoğun bağırsağın çıxışında rast gəlinən varikoz babasil (hemorroy), yumurtalıqda rast gəlinən varikoçele adlanır:

 

“Varikoz genişlənməyə səbəb bir çox xəstəliklərdə olduğu kimi, artıq çəki problemi ola bilər. Varikoz bəzən ürək xəstəliklərinin də xəbərçisi olur. Varikoz genişlənmə damarların uzanması və diametrinin artması deməkdir. Bədənin hər hansı bir hissəsində əmələ gələ bilər. Ancaq bədəndə ən çox təzyiq ayaqlara düşdüyü üçün varikozun ən çox göründüyü yerlər də ayaqlar olur”.

 

Varikozun meydana gəlməyində təsirli olan bir çox faktorların olduğunu deyən həkim qeyd edib ki, buna missal olaraq artıq çəkini, hamiləlikdə yaşanan hormon dəyişməsini, estrogenli dərman istifadəsini, uzun müddət oturaq iş, uzun müddət ayaqüstü qalmaq, idmansız həyat, siqaret, spirt və yaşlılığı göstərmək olar:

 

“İşdə bütün günü ayaq üstündə duran və uzun müddət kompyüter və ya sükan arxasında vaxt keçirən şəxslərdə aşağı ətraf venalarının varikoz genəlməsi riski daha yüksəkdir. Bu, oturaq vəziyyətdə venaların sıxılması və buradan keçən qan cərəyanının ləngiməsi ilə əlaqədardır. Məhz bu hal aşağı ətraf venalarının varikoz genəlməsinə təkan verir. Venaların vəzifəsi hüceyrə və orqanlardan gələn istifadə edilmiş qanı təkrar oksigenlə zənginləşmək üçün geri ağciyərlərə qaytarmaqdır”.

 

Nərminə xanım deyir ki, venoz pozğunluqların ən erkən mərhələlərdə qarşısının alınması sonradan ağrı və ya fəsadlaşma riskindən azad olmaq üçün bütün ömrü boyu həkim təlimatlarına riayət etməkdən xeyli asandır:

 

“Hamiləlik, ardıcıl olaraq qorunmaq üçün həblərdən istifadə etmək və hormonal faktorlar varikozun qadınlarda daha çox olmasına səbəb olur. Genetika da varikozun meydana gəlməsinə böyük təsir edir. Anasında varikoz olan qadınlarda bu xəstəliyin olması riski var. Diametri 1-3 mm arasında olan varikoz genişlənmə birinci dərəcəlidir. Birinci dərəcədə varikoz xaricdən elə də nəzərə çarpmaz, ağrı və sızıltı çox az olar. İkinci dərəcə varikozda damarın diametri 4-5 mm olur, ayaqda nəzərə çarpan, daha şiddətli ağrı və şikayətlənmələrə səbəb olur. Üçüncü dərəcə varikozda ayaqda şişmə başlayar, sağ ayağın diametri 20 sm olsa, sol ayağın diametri 25 santimetr  ola  bilər. Üçüncü dərəcə varikozda ağrı şikayəti daha çox olur. Ayaqqabı geyə bilmək çətinliyi başlayır. Dördüncü dərəcəli varikozda topuq hissədə dərinin rəngi qaraya çalar. Sonuncu dərəcəyə gəlmiş varikoz topuqda yaralara səbəb olur. Ən sadə varikoz qılça varikozudur. Ən ciddi varikoz isə topuq ətrafında yaraya səbəb olan varikozdur”.

 

Varikozdan xilas olmağın yollarından bəhs edən həkim terapevt bildirib ki, erkən diaqnozun mühüm əhəmiyyəti var:

 

“Kiçik damarların dəri üzərində ulduzcuqlar kimi olması, damarların kobud şəkildə çıxması, şişkinlik - varikozun əlamətləridir. Həmçinin ayaqlarda ağırlıq və ağrı, əzələnin yığılması, göynəmə, qaşınma, diskomfort artıq bir siqnaldır.

Varikozun ən gözəl proflaktikası hərəkətli həyat sürmək obrazıdır. Qaçmaq, velosiped sürmək, üzgüçülüklə məşğul olmaq, hündür mərtəbəli binalara piləkənlərlə qalxmaq varikozun qarşısını alır”.

 

Nərminə xanım artıq çəkinin əmələ gəlməməsinə diqqət etməyi tövsiyyə etdi. O, artıq çəkinin, qəbzliyin varikozun əmələ gəlmə səbəbləri kimi önə çəkdi:

 

“Xroniki qəbz çanağa olan təzyiqi artırır və bu da damarlara mənfi təsir göstərir. Ayaqların masaji yalnız həkimin göstərişinə görə olmalıdır. Qeyd edim ki, hər gün 1,5 litir maye içmək məsləhətdir. Mayenin azlığı qanın qatılaşmasına səbəb olur və bu da hərəkəti zəiflədir. Eyni zamanda, ağır fiziki işdən və yükdən qaçmaq lazımdır”.

 

Həkim onu da vurğuladı ki, statistikaya əsasən xəstəlik illər keçdikcə “cavanlaşmağa” meyl edir. Onun sözlərinə görə, başlanğıc mərhələlərdə venaların varikoz genişlənməsi xəstə üçün heç bir narahatlıq törətməyə bilər, lakin zaman keçdikcə ödemlər, damar ulduzcuqları, əzələlərdə qıcolmalar və ağrılar şəklində ilk xoşagəlməz əlamətlər meydana çıxır:

 

 

“Əgər varikozun profilaktika və müalicəsi vaxtında aparılmazsa, ayaqlarda gözlə görünən vena düyünləri formalaşmağa başlayır.

Varikoz xəstəliyinin ilk əlamətləri yaranan zaman onun daha da inkişaf etməsinin qarşısını almaq üçün sadə qaydalara riayət etmək lazımdır. Məsələn, varikoz xəstələrinə qaynar vannalar, saunalar, günəş altında qalmaq əks-göstərişdir. Yüksək temperatur venaların tonusunu azaldır və qan durğunluğuna təkan verir. Müntəzəm fiziki məşğələlərin köməyi ilə qan dövranını yaxşılaşdırmaq və venaları möhkəmləndirmək olar. Bu məqsədlə üzmək, fitnes, çox sürətli olmayan qaçış məsləhətlidir. Eyni zamanda, oturma zamanı ayaqların biri digərinin üzərinə atılmamalıdır, çünki bu zaman venalar sıxılır və qan dövranı pisləşir. Bütün bunların əsasında artıq çəki ilə mübarizə durur. Artıq çəkili şəxslərdə qanın həcmi, eləcə də ayaqlara düşən yük artır, bu faktorların cəmi isə venaların varikoz genişlənməsinə aparıb çıxarır. Digər tərəfdən, rezini möhkəm corablar və sıx ayaqqabı, eləcə də hündür dabanlı ayaqqabı geyinmək olmaz. Yaxşı olardı ki, oturma və ya durma vəziyyətində çox qalmayın, yükü növbələşdirin. Səhərlər ayaqlar üçün gimnastika və yüngül masaj da xeyirlidir. Ot və qum üstündə daha çox ayaqyalın gəzin. Tünd çay və qəhvə içməyin. Və televizora baxarkən, yaxud kitab oxuyarkən ayaqlarınızı başınızdan daha hündür səviyyədə saxlayın. Bunun üçün yastıq və ya ədyaldan düzəldilmiş yumaqcıqdan istifadə etmək olar”.

 

Həkim terapevtin bildirdiyinə görə, venaların varikoz genişlənməsi təkcə xəstənin həyat keyfiyyətini azaltmayıb, həm də letal (ölüm) nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də xəstəliyin dərinləşməsinə imkan verməməli və ilk əlamətləri meydana çıxdığı zaman həkimə müraciət olunmalıdır:

 

“Aşağı ətraf venalarının varikozu zamanı cərrahi müdaxilə heç də hər xəstə üzərində aparıla bilməz. Hazırda nisbətən təhlükəsiz və effektiv üsul skleroterapiya hesab edilir. Skleroterapiya qeyri-invaziv üsuldur və bu zaman zədələnmiş venaya xüsusi preparat yeridilir. Dərman vasitəsi venanın üst qatını dağıdır və onun yapışmasına səbəb olur. 1,5 il ərzində yapışmış vena sorulur və onun nəqliyyat funksiyası sağlam venalara ötürülür. Preparat həkim tərəfindən, aparılmış müayinələr əsasında və hər bir konkret xəstənin vəziyyətindən asıl olaraq seçilir. Effektin əldə olunması üçün 3-6 seans tələb olunur. Nəticə 2-8 həftədən sonra görünür”.

 

 

Nərminə xanım təəssüflə vurğuladı ki, qadınların əksəriyyəti üçün varikoz xəstəliyi kosmetik problem kimi qəbul edildiyindən, tibbi xidmət almaq üçün əsasən xəstəliyin gecikmiş formalarında həkimə müraciət edirlər:

 

“Ancaq az adam bilir ki, varikoz xəstəliyini vaxtında düzgün müalicə etmədikdə, hətta həyat üçün təhlükəli olan fəsadlar verə bilər. Belə təhlükəli fəsadlardan biri venoz trombozdur. Tromboz zamanı venanın mənfəzində qan laxtası (tromb) əmələ gəlir. İri vena zədələndiyi halda bu, zədələnmiş sahədə qan dövranının demək olar ki, tam şəkildə tutulmasına, nəticədə isə ətrafın venoz qanqrenasına (ölüb getməsinə) səbəb ola bilər. Bir sıra belə hallarda ətrafı amputasiya (kəsmək) etmək lazım gəlir. Dərin venaların trombozu zamanı, tromb venanın divarından qoparaq, qan axını ilə ağ ciyər arteriyasına daxil olaraq onun müəyyən bir hissəsini qapaya bilər. Nəticədə isə ürəyin öz fəaliyyətini dayandırması səbəbindən ölüm də baş verə bilər.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova varikoz problemi ilə üzləşən hər kəsi MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı