Binada YANĞIN
Göyçay rayonunda çoxmənzilli yaşayış binasında yanğın hadisəsi baş verib, xəsarət alanlar var.
Versus.Az xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində Göyçay şəhərinin Nizami küçəsindəki 29 saylı ünvanda yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasında baş verib.
Binanın 2-ci mərtəbəsində yaşayan rayon sakini 1955-ci il təvəllüdlü Musayeva Fəridə Əsgər qızına məxsus ümumi sahəsi 70 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin iki otağı və içəridəki əşyalar yanıb, qalan hissə yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub. Yanğın zamanı təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub.
Yanğın qısa vaxtda söndürülüb, alovun bütün binanı əhatə etməsinin qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olub, ev sahibi, 1955-ci il təvəllüdlü Məcidov Fikrət Tərlan oğlu və onun oğlu, 1978-ci il təvəllüdlü Məcidov Pərviz Fikrət oğlu bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb.
Hadisənin elektrik naqilində baş verən qısaqapanma səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"