Uzunömürlülərin qida vərdişləri

09:15 25-03-2022 | icon 515 | Maraqlı
Uzunömürlülərin qida vərdişləri

Amerikalı alim Den Byuttner uzunömürlülərin qida vərdişləri haqqında danışıb.

 

O bildirib ki, Yer kürəsində beş “mavi zona” (100 yaşdan yuxarı insanların ən çox cəmləşdiyi yerlər) var. Bunlara İtaliyanın Sardiniya, Yaponiyanın Okinava, Yunanıstanın İkariya, Kosta Rikanın Nikoya bölgələri, eləcə də Kaliforniyada bir vilayət daxildir.

 

Alimin sözlərinə görə, bütün bölgə nümayəndələrinin oxşar yemək vərdişləri var - onlar çoxlu taxıl və paxla məhsulları yeyir, həmçinin müntəzəm olaraq qırmızı şərab içirlər.

 

Bu bölgələrin sakinləri bəzi məhsullardan qaçmağa çalışırlar. Bunlar ilk növbədə qan təzyiqi və xolesterinin səviyyəsini yüksəldən, piylənmə və infarkt riskini artıran “fast food”lardır.

 

Həmçinin, uzunömürlülər un məmulatları və şəkər tərkibli məhsullar, eləcə də qazlı içkilərdən yan keçirlər. Belə ki, bu qidalar ürək xəstəlikləri, diabet, piylənmə riskini artırır və ömrün qısalmasına səbəb olur.

 

Bundan əlavə, ət (xüsusilə qırmızı) və ət məhsulları (xüsusilə kolbasa və sosiska) da uzunömürlü insanların qida rasionundan kənardadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...