İŞİD məhv edildi, ABŞ getdi... – Əsəd qalibdirmi?

14:50 05-01-2019 | icon 444 | Siyasət
İŞİD məhv edildi, ABŞ getdi... – Əsəd qalibdirmi?

Versus.Az sabiq dövlət müşaviri Qabil Hüseynlinin Suriya ətrafında gedən proseslərlə bağlı  Axar.Az-a verdiyi müsahibəsini təqdim edir.

- ABŞ-ın Suriyadan çıxmasından sonra burada qarant rolunu oynayan ölkələr Rusiya, Türkiyə və İrandır. Bundan sonra onlar arasında münasibətlər hansı yöndə inkişaf edəcək?

- Əvvəla onu deyim ki, bu üç ölkənin içərisində yalnız Türkiyə demokratik dəyərlərə söykənən, müasir demokratik siyasi sistemi olan dövlətdir. Digər iki dövlətin biri teokratik, biri isə avtoritar rejimə sahibdir. Bütün bunlar münasibətlərdə də öz izini buraxmaqdadır. Rusiyaya və İrana qarşı ABŞ-ın və Qərbin ciddi sanksiyaları var və bunlar getdikcə dərinləşir. Nəticə etibarı ilə hər iki ölkəyə qarşı təzyiq artır. Hələ ki, Türkiyə bu dövlətlərlə Astana prosesi çərçivəsində işbirliyi aparır. Bu yaxınlarda hər üç dövlət başçısının Rusiyada görüşü gözlənilir. Onlar bundan sonra Suriyada yeni Konstitusiyanın hazırlanması və onun qəbulu, Konstitusiyanın qəbul edilməsində iştirak edəcək siyasi qüvvələrin say tərkibi, eləcə də, Konstitusiya qəbul edildikdən sonra ölkədə seçkilərin keçirilməsi məsələsini öz üzərinə götürəcək. Bu çox mürəkkəb bir prosesdir. İndidən Konstitusiyanı hazırlayan işçi qrupun tərkibi ilə bağlı hər bir dövlətin öz təklifi var. Bu təklifləri uzlaşdırmaq o qədər də asan məsələ deyil. Rusiya ilə İran mövcud Əsəd rejimini saxlamağa və onun qələbəsini təmin etməyə, Konstitusiyaya demokratik müddəaların salınmamasına çalışır. Əksinə, Türkiyə isə bu istiqamətdə fərqli mövqe tutur. Amma tərəflər müəyyən məsələlərdə güzəştə gedə bilər. Məsələn, Türkiyə öz sərhədlərinin təhlükəsizliyi, xüsusilə PKK-YPG terror təşkilatlarının silahsızlaşdırılması naminə Konstitusiyada Rusiya və İran qarşısında müəyyən güzəştlərə gedə bilər. Amma Türkiyənin sanksiyalar məsələsində əl-qolu o qədər də açıq deyil. Bu gün Türkiyə və ABŞ münasibətləri həlimləşməkdə, münasibətlərdə yeni bir səhifə açılmaqdadır. Güman etmirəm ki, Türkiyə ABŞ, eləcə də NATO ilə birliyi atıb, Rusiya və İranın strateji məqsədlərinə sona qədər güzəştə gedəcək. Hansı nöqtədəsə bu üç ölkə arasında müəyyən fikir ayrılıqları yarana bilər. Bu da “Üçlər ittifaqı”nın səmərəli fəaliyyətinə maneçilik törədər.

Onu da demək lazımdır ki, ABŞ Suriyadan çəkildiyini bildirsə də, İran ətrafında həlqəni daraldır, İranla bağlı məsələləri daha radikal formada irəli sürür. Bu isə gələcəkdə İranın özünü də müəyyən ciddi hadisələr və bu hadisələrdən doğan siyasi iflas və s. kimi proseslər gözlədiyini göstərir.

- 2011-ci ildə Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlük haqqı dondurulmuşdu. 2018-ci ilin sonlarından isə yenidən Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlüyünün bərpa edilməsi məsələsi gündəmdədir. Bu Əsədin hakimiyyətdə qalması üçün zəmanət rolu oynaya bilərmi?

- Ərəb Liqasında demək olar ki, bütün dövlətlər Suriyanın bu şəkildə, indiki siyasi sistemlə, siyasi liderlə Ərəb Liqasına qayıtmasını istəmir. Hətta Səudiyyə Ərəbistanının özü də bu məsələdə çox tərəddüdlüdür. Çoxları Suriyada yeni Konstitusiyanın qəbul edilməsini və bu Konstitusiya əsasında seçkilərin keçirilməsini gözləyir. Bu seçkilərdə həm də müxalif və digər Bəşər Əsəd rejiminə zidd olan qüvvələrin də iştirak edəcəyi və hakimiyyətdə təmsil olunması ehtimal edilir. Bu siyasi reallıq həmin dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq və müdafiə ediləcək. Amma heç bir Konstitusiya islahatı, demokratik və ədalətli seçki keçirməyən Bəşər Əsədin ərəb ölkələri tərəfindən qəbul ediləcəyi inandırıcı görünmür.

- Suriyanın yenidən qurulması məsələsi də gündəmdədir. Sizcə, bu prosesində hansı ölkələr iştirak edəcək?

- Suriyaya çox böyük maddi ziyan dəyib. Suriyanın bərpası üçün bəziləri 30 milyard, bəziləri isə 50-60 milyard lazım olacağını bildirir. Amma mən daha böyük rəqəm düşünürəm. Çünki demək olar ki, Suriyanın Dəməşqdən başqa bütün şəhərləri və əyalət mərkəzləri aviasiya zərbələri ilə tamamilə darmadağın edilib. Əhalinin az qala yarıdan çoxu qaçqın vəziyyətinə düşüb. Bütün bunların geri qaytarılması, onların yurd-yuva ilə təmin edilməsi böyük vəsait tələb edir. Səudiyyə Ərəbistanı isə Suriyanı bərpa edəcəyini bildirir. Bunun üçün siyasi dividentlərin qazanılmasını da şərt kimi irəli sürür. Avropa Birliyi də Suriyanın bərpa edilməsi ilə bağlı məsələlərdə yardım göstərəcəyini açıqlayıb. Amma hələ ki, nə Rusiyadan, nə İrandan pozitiv bəyanatlar səsləndirilib. Türkiyə də Suriya qaçqınlarına böyük yardım etdiyindən Suriyanın bərpasında iştirak edəcəyini, bunu daha çox oraya işçi qüvvəsi və ixtisaslı mütəxəsislər göndərməklə həyata keçirəcəyini bildirir. Bu da son dərəcə önəmli məsələdir. Çünki Türkiyə Yaxın Şərqdə tikinti və yenidənqurma sahəsində çox ciddi təcrübəyə sahibdir. Həmin dövlətlər bu sahədə ona böyük etibar göstərir.

  • Ərəb birliyinə daxil olan ölkələr Suriyanın yenidən bərpa edilməsinə yardım etsə, Türkiyə və İranın bu prosesə buraxılmamasını şərt kimi irəli sürə bilərmi? -İnanmıram. Çünki Türkiyə Suriya ilə bağlı bütün proseslərdə çox yaxından iştirak edir və bu proseslərdə də müəyyən uğurlar qazanıb. Demək olar ki, danışıqlar masası ətrafında həlledici səs hüququna malikdir. Üstəlik də Səudiyyə Ərəbistanı Suriyaya yalnız maddi vəsaitlə kömək edə bilər ki, bunu BƏƏ, Qətər və başqaları da edəcəyinə söz verib. Onlar yalnız bununla kifayətlənir. Amma ixtisaslı kadrlar, yeni texnologiyalar və ölkənin qısa zamanda yenidən inşa edilməsi məsələsində bölgədə Türkiyə qədər təcrübəli, “donanımlı” ölkə yoxdur. Bu nöqteyi-nəzərdən Türkiyəyə kimlərinsə maneçilik törətmək fikri olsa da ( Səudiyyə Ərəbistanı), bunu son qədər həyata keçirə bilməz. 
  • Suriyada Əsəd rejiminin qalib gəldiyini demək olarmı? Keçiriləcək seçkilərdə Əsəd rejimini əvəz edəcək qüvvələr qələbə qazana bilərlərmi?-Əsəd rejiminin qalib gəldiyi barədə birmənalı fikir söyləyə bilmərəm. Çünki vaxt var idi ki, Əsəd yalnız Dəməşq və onun ətrafına nəzarət edirdi. ABŞ, Rusiya, eləcə də Türkiyə proseslərə qoşulduqdan sonra Əsəd rejimi müəyyən uğurlar əldə etdi. Amma bu uğurlar Rusiya və ABŞ-ın aviasiya zərbələri, bəzi hallarda isə xüsusi təyinatlıların əməliyyatlarının hesabına həyata keçirildi. Bunlar isə Suriyanın öz qüvvələri deyildi. Əsədin hakimiyyətindən demək olar ki, hamı bezib. Türkiyənin özü əvvəllər çox qəti surətdə Əsədin hakimiyyətdən getməsinin tərəfdarı idi. İndi də yeni seçkilərin və yeni Konstitusiyanın formalaşdıracağı hakimiyyəti müdafiə edir. Rusiyanın özü də Əsəd rejiminə ehtiyatla yanaşır. Əsədin yalnız keçid dövründə hakimiyyətdə ola biləcəyini ehtimal edir. Ümumiyyətlə, böyük dövlətlər hesab edir ki, Suriyada keçid dövrü başa çatdıqdan və ədalətli seçkilər keçirildikdən sonra Əsəd rejimi uduzacaq. Bunun nəticəsində də həmin rejim hakimiyyətdən gedəcək. İndiki şəraitdə Suriyada normal siyasi yarış mühiti yoxdur Bu səbəbdən də hakimiyyətə kimlərin gələcəyi ilə bağlı fikirlərin bir çoxu məchul görünür. Amma mənə belə gəlir ki, yeni Konstitusiya qəbul edilsə, ölkədə siyasi yarış mühiti yaradılsa, Əsədi əvəzləyə biləcək xeyli simalar üzə çıxacaq. Bəşər Əsəd rejiminin tükəndiyini və onun bundan sonrakı proseslərə nəzarət edə biləcəyini söyləmək doğru olmaz. Onun arxasında duran siyasi qüvvələrin olmasına baxmayaraq, o, hakimiyyətdə qalarsa, bir gün yenidən qarşıdurmaların yaşanması, əvvəlki hadisələrin təkrarlanması ehtimalı olduqca yüksəkdir.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı