Bayram günlərində zəhərlənənlərin SAYI
Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə 224 nəfər müraciət edib.
Bu barədə Versus.Az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, müraciət edən 28 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb:
“Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 14-ü qadın, 11-i kişi, üçü isə uşaq olub. Onlardan doqquzu dəm qazından, onu dərmandan, dördü sirkə turşusundan, biri allergiya səbəbindən və dördü qidadan zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün olmayıb”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"