“Prezident Azərbaycan reallıqlarını DÜNYANIN BEYNİnə həkk edir”

10:00 31-05-2023 | icon 783 | Siyasət
“Prezident Azərbaycan reallıqlarını DÜNYANIN BEYNİnə həkk edir”

Könül İsmayılova: “Azərbaycana xain gözlə baxanlar bizimlə sıx əməkdaşlıq quran dövlətlərin sayının artmasını həzm edə bilmirlər”

 

Xəbər verdiyimiz kimi, İsrail Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyevlə keçirilən görüşlərdə bir sıra məsələlər müzakirə edilib, iki ölkə arasında əməkdaşlıqlardan və münasibətlərin perespektivlərindən söz edilib, eyni zamanda Azərbaycanın əldə etdiyi uğurlardan danışılıb.

 

Prezidentlərin görüşünü Versus.az-a şərh edən Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova ilk öncə onu qeyd etdi ki, ümumiyyətlə digər dövlətlərin prezidentlərinin Azərbaycana rəsmi səfərləri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin nümayişidir.

 

Könül İsmayılova bildirdi ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri də bu ölkə ilə ikitərəfli əlaqələrimizi gücləndirəcək:

 

 

“Xatırlayırsınızsa, İsraildə Azərbaycan səfirliyi açılandan bir müddət sonra İranda ölkəmizin səfirliyinə qarşı terror hadisəsi baş verdi. Bu onun göstəricisidr ki, Azərbaycana xain gözlərlər baxanlar bizimlə sıx əməkdaşlıq quran, münasibətləri dostluq səviyyəsinə çatan dövlətlərin sayının artmasını həzm edə bilmirlər. Təbii ki, düşmənlərin fikirlərini önəmsəmirik və Azərbaycan qarşıda duran hədəflərə doğru sürətlə irəliləməyə davam edir”.

 

Könül xanım qeyd etdi ki, hər bir dövlətin gücü onun iqtisadiyyatında, ordusunda və insan kapitalındadır. Onun sözlərinə görə, Azərbaycan məhz bu gücün sayəsində DƏMİR YUMRUQ ola bilib:

 

“Prezident İlham Əliyevin elə təkcə 2020-ci ildən indiyədək olan fəaliyətini nəzərdən keçirsək görərik ki, eyni vaxtda bir-neçə və daha çox sahələr üzrə işlər aparılır. Həm işğaldan azad edilən ərazilərimizdə sürətlə irəliləyən quruculuq işləri, həm iqtisadiyatımızın sürətlə artırılması, həm ordumuzun daha da gücləndirilməsi, dövlətlətlə yeni əməkdaşlıq əlaqələrinin qurulması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün tamamlanması, bununla yanaşı regionda sülhə nail olmaq və sair görülən işlər göz önünddir. Fikir verirsinizsə, cənab Prezident demək olar ki, irştirak etdiyi bütün rəsmi tədbirlərdə, yerli və xarici mətbuatlara açıqlamalarında hesabat xarakterli çıxışlar edir. Sanki Azərbaycan reallıqlarını dünyayanın beyninə həkk edir”.

 

Azərbaycanla müəyyən sahələr üzrə sıx əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin bu cür münasibətlərdə heç də yanılmayacaqlarını vurğulayan Könül xanım bildirdi ki, bütün ölkələrə tolerantlıq nümayiş etdirən Prezident İlham Əliyev öz dövlətinin, xalqının rifahı üçün bütün gərəkən addımlaı atır və bundan sonra da atacaqdır:

 

“Cənab Prezident dövlətlərlə qurulan əməkdaşlıqlara, qarşılıqlı dövlət maraqlarına böyük önəm verir. Bu baxımdan, Azrəbaycan Ermənistandan fərqli olaraq müstəqil qərarlar verə, istənilən dövlətlə əməkdaşlıq qura, güc dövlətləri ilə yanaşı dura bilir. Mən əminəm ki, İsrailin ölkəmizdə səfərdə olan prezidenti və digər dövlət rəhbərləri də bunun fərqindədilər”.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şəhidlərimizə borcumuz əbədidir”

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Xalqın inamını fəth edən liderə TƏBRİK

Prezidentlərin Naxçıvan görüşündə diqqət çəkən MƏQAMLAR

İraq türkləri də çox böyük üzüntü içərisindədir

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK

Ermənistana verilən LİMİT BİTDİ

"Fibromialgiyaya qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir"

Biz kimik, öz dəyərimizi bilirikmi?

Bərdədə yaşayış binasında PARTLAYIŞ

Liderlərin İspaniya görüşü nəyə şahidlik edəcək?

“Haber Global” Qənirə Paşayevanın dəfnindən süjet hazırladı

Xocavənddə erməni terrorçunun abidəsi də belə getdi

Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin SAYI

erməni sakinlər üçün növbəti yanacaq göndərilib