Bəs sən, Əli Kərimli, niyə bunu təkrarlayırsan?

11:39 29-03-2022 | icon 469 | Siyasət
Bəs sən, Əli Kərimli, niyə bunu təkrarlayırsan?

Nizami Verdiyev: "Yazdığın statusu sil və Azərbaycan xalqından üzür istə”

 

“Biz dəfələrlə bildirmişik ki, Rusiyada ermənipərəst qüvvələr çox güclüdür. Bu qüvvələr sakit oturmayıblar. İmzalanan 10 noyabr Bəyannaməsini pozmağa cəhdlər edirlər. Necə olur ki, Rusiya Müdafiə Nazirliyində olan ermənipərəst qüvvələr Rusiya prezidenti Putinin əleyhinə bəyanatlar verirlər?”

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.

 

 

Nizami Verdiyevin sözlərinə görə, ölkədə bəzi siyasətçilər bu tipli “xəbərlərə” istinadən fikirlər səsləndirirlər:

 

“Sonuncu belə “xəbər” Xocalının Fərrux kənd ilə bağlı idi. Xalqın içində çoxdan hörmətini itirən Əli Kərimli bu “xəbərə” istinadən bir status yazıb. Və özünü növbəti dəfə biabır edib. Rusiya Müdafiə Nazirliyinin verdiyi “xəbərdə” anti-Azərbaycan mövqeyi aydın görsənir. Bunu başa düşdük. Bəs sən, Əli Kərimli, niyə bunu təkrarlayırsan? Onda belə çıxır ki, axtardığımız 5-ci kolon üzvlərindən birisən. Sən həmişə 5-ci kolon üzvü olmusan və Rusiya tərəfindən yaradılmış Milli Şuranın ən aktiv üzvüsən”.

     

N.Verdiyev qeyd edib ki, bu adamlar 30 ilə yaxındır ki, xalqı aldadırlar:

 

"Bunlara görə müxalifətə inam yoxdur. Bu yalan məlumatlara görə heç vaxt xalqdan üzür istəməyiblər. Əli Kərimli, yazdığın statusu sil və Azərbaycan xalqından üzür istə”.

 

SEVDA
Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI