“Parlamentimiz Dövlət Dumasına etirazını bildirməlidir”

17:21 29-03-2022 | icon 423 | Siyasət
“Parlamentimiz Dövlət Dumasına etirazını bildirməlidir”

Çingiz Qənizadə: “Susqunluq olarsa, bu cür yaramaz insanların yaramaz ifadələri çoxalacaq”

 

“Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyaginin Rusiyanın 1-ci kanalında işlətiyi ifadələr xəstə təxəyyüllü bir şəxsin fikridir. Rusiya Dövlət Duması bu şəxsin açıqlamalarına reaksiya verməlidir. Eləcə də Azərbaycan Parlamenti növbəti iclasında Delyaqinin çıxışı ilə bağlı Dövlət Dumasına etirazını bildirməlidir. Azərbaycan tərəfi susqunluq nümayiş etdirərsə, xalqımıza və dövlətimizə qarşı bu cür yaramaz insanların yaramaz ifadələri çoxala bilər”.

 

Versus.Az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanı təhdid edən açıqlamasına münasibət bildirərkən deyib.

 

Hüquqşünas bildirib ki, xəstə təxəyyüllü həmin şəxs dövlət dumasının ciddi bir komitəsinin sədr müavinidirsə, onun belə məsuliyyətsiz çıxışlar etməsi çoxlu suallar yaradır:

 

“Biz bu cür sərsəm, qonşuluğa, haqq-hüquqa uyğun gəlməyən, işğalçılıq hissi ilə yaşayan Rusiya siyasətçilərinin fikirləri ilə zaman-zaman tanış olmuşuq. Rusiya ilə Azərbaycan arasında olan müttəfiqlik sazişi olduğu halda müttəfiq dövlətin ərazisinə, onun neft sənayesinə qarşı bu cür işğalçı, yaramaz fikirlərin səslənməsi Rusiyanın imicinə çox böyük zərbədir. Bu gün Rusiya sanksiyaların təsiri altındadır. Ukraynada apardığı müharibəyə görə bütün dünyada Rusiya millətinə, xalqına qarşı fobiya yaranıb. Belə bir vəziyyətdə bu cür sərsəm adamların belə ifadələri elə birinci növbədə öz ölkələrinə çox böyük zərbədir”.

 

Ç.Qənizadə hesab edir ki, əgər rus deputatın aqressiyasının arxasında Azərbaycanın Qarabağda - Fərrux kəndi və onun ətrafındakı yüksəkliyi nəzarəti ələ almasına görədirsə, onda hansı müttəfiqlikdən söz gedə bilər. O, vurğulayıb ki, 22 fevralda Moskvada Bakı ilə imzalanan müttəfiqlik bəyannaməsinin 18-ci maddəsinə əsasən hər iki dövlət separatizmə, terrorizmə qarşı birgə mübarizə aparacaqlarına dair səndə imza atıblar:

 

“Biz Qarabağda Rusiya sülhməramlılarının nə Müttəfiqlik Bəyannamsinə hörmət etdiyini, nə də 10 noyabrda imzalanan üçtrəfli sazişin bəndlərinə əməl etdiyini görmədik. Həmin üçtərəfli sazişin 4-cü bəndinə əsasən sülhməramlıların Qarabağa gəlişi ilə paralel erməni silahlı dəstələri ərazidən çıxarılmalı idi. Biz bu müddəaların rus sülhməramlıları tərəfindən yerinə yetrilmədiyini görürük. Amma Azərbaycan tərəfinin özünün təhlükəsizliyini qorumaq üçün separatçılara qarşı hər hansı çıxışı rusları qəzəbləndirir. Duma üzvünün bu çıxışı da iki dövlət arasında imzalanan sənədlərin ruhuna uyğun deyil. Ola bilər ki, bu daha yuxarıda oturan antiazərbaycan qüvvələrinin Duma üzvünün vasitəsi ilə Rusiya ictimaiyyətinə çatdırılmasıdır”.

 

Hüquqşünas bundan əvvəl meydana atılan Rusiya Müdafiə Nazirliyinin Fərrux kəndi ilə bağlı açıqlamasına diqqət çəkib. Bildirib ki, Azərbaycana qarşı olan təzyiqlər onu göstərir ki, əldə olunan müttəfiqlik sazişi, digər müqavilələr, imzalanmış sənədlər Rusiya üçün önəmli deyil. Və Rusiyanın siyasi maraqları iki dövlət arasında imzalanmış bütün beynəlxalq sənədlərdən üstün görünür. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”