“Rusiya bütün bunları həzm edə bilmir və...”

18:12 29-03-2022 | icon 253 | Siyasət
“Rusiya bütün bunları həzm edə bilmir və...”

Natiq Cəfərli: “Rusiya “Ukrayna bataqlığı”na batdıqca daha çox aqressivləşir”

 

Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanı təhdid edib. “News1” kanalında çıxış edən Delyaqin ölkəmizi aqressiyada günahlandırıb və buna qarşı sərt addımlar atmağı zəruri sayıb. Üstəlik Azərbaycanın neft sənayesinə zərbə endirilmə ehtimalını da dilə gətirib. Rusiya Dumasının bu üzvünün Azərbaycanla bağlı belə bir qıcıq sərgiləməsinin arxasında nə dayanır. Belə bir təhlükənin olması nə dərəcədə realdır?

 

Versus.Az xəbər verir ki, politoloq Natiq Cəfərli şərhində Rusiya Dövlət Dumasının komitə sədr müavininin rəsmi şəxs olaraq belə bir açıqlama verməsini Rusiyann “aqoniya” yaşamasnın tazahürü adlandırıb:

 

“Dövlət Dumasnın rəsmi şəxsinin belə bir açıqlama verməsi ondan xəbər verir ki, Rusiya getdikcə daha çox aqressivləşir. Çünki planları Ukraynada baş tutmur, özünü post-sovet məkanın arxasında görmür. Rusiya düşünürdü ki, hamı ondan qorxacaq və hamı onun  dedikləri ilə oturub-duracaq. Lakin hətta Belarus belə öz qoşunlarının Ukraynada istifadə olunmasına müqavimət göstərir. Ən yaxın müttəfiqi olan Qazaxıstan da Ukraynaya yardımlar proqramı düzənlədi. Bütün bunlarla yanaşı Azərbaycan da açıq və qəti şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi, ona yanacaq və digər yardımlar edir. Türkiyə Ukrayna üçün ən önəmli ölkələrdən birinə çevrilib.  Bütün bunları Rusiya həzm edə bilmir”.

 

N.Cəfərli qeyd edib ki, Rusiya siyasi elitası hələ də  SSRİ-nin bərpası xülyası xəstəliyi ilə yaşayır və müstəqil dövlətlərin olmasını qəbul edə bilmir:

 

“Rusiya “Ukrayna bataqlığı”na batdıqca daha çox aqressivləşir, ritorikalarını daha çox dəyişir. Amma anlamalıdırlar ki, ən azı Azərbaycana və Türkiyəyə qarşı belə bir ritorikadan istifadə etmək olmaz. Bu gün Türkiyə Rusiya üçün hava uçuşları, ticarət dövriyyəsi baxımından və digər məsələləri nəzərə alsaq, çox önəmli ölkəyə çevrilib. Bu baxımdan Rusiya rəsmilərinin bu cür sərsəm çıxışları qəbuledilməzdir”.

 

Politoloq hesab edir ki, Rusiya Dövlət Dumasının üzvünün  Azərbaycanın neft sənayesinə zərbə endirilməsi ehtimalından danşması növbəti məsuliyyətsiz yanaşmadır. O, bildirib ki, Azərbaycanın neft infrastrukturu çox güclü şəkildə qorunur:

 

“Yəqin ki, söhbət uzaqdan raket zərbələrinin təhdidindən gedir.   Amma hava hücumdan müdafiə qüvvələri bildiyimiz və ya bilmədiyimiz sistemlərlə çox yaxşı şəkildə qorunur”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı