40-dan çox rusiyalı diplomat qovulur
Niderland və Belçika təxminən 38 rusiyalı diplomatı ölkədən çıxardıqlarını elan edib.
Brüsseldən 21, Niderland kralllığındakı Rusiya nümayəndəliyindən isə 17 nəfər kənarlaşdırılacaq.
Bununla yanaşı, İrlandiya hakimiyyəti də Rusiyanın Dublindəki səfirini 4 diplomatın ölkədən çıxarılması barədə xəbərdar edib.
Hər üç ölkədə “arzuolunmaz şəxs”lərin “diplomatik pərdə altında çalışan kəşfiyyatçı” olduqları bildirilib.
Həmçinin, Çexiya da bir rusiyalı diplomatın ölkədən çıxarıldığını elan edib. Heyət üzvünün 72 saat ərzində ölkəni tərk etməli olduğu bildirlib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"