“Delyaqin Jirinovskinin yerinə hazırlanır”

14:45 30-03-2022 | icon 507 | Siyasət
“Delyaqin Jirinovskinin yerinə hazırlanır”

Razi Nurullayev: “Rusiyaya hər zaman bir Jirinovski lazımdır ki...”

 

“Rusiyaya hər zaman bir Jirinovski lazımdır ki, ən iyrənc məsələləri gündəmə gətirsin, hansısa xalqları təhqir eləsin, kimisə aşağılasın. Bu gün görünür Delyaqin də çox xoşbəxtdir ki, Jirinovskinin yerinə hazırlanır və onun rolunu idarə etməyə başlayıb. Öhtəsindən də “pis gəlmir”. Amma bu çox çirkin siyasətdir. Bu insanlar belə siyasəti özlərinə necə yaraşdırırlar. Delyaqin kimiləri ağzına gələlni danışır və sonra da Rusiya hökuməti deputatın adından açıqlama verib deyir ki, səhv eliyib, Rusiya tərəfi belə məsələləri bölüşmür”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri  Razi Nurullayev Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Mixail Delyaqinin Rusiya kanallarından birində Azərbaycanı təhdid etməsi, rəsmi Rusiyanın deputatın davranışlarını yanlış hesab etməsindən sonra üzürü özündən betər çıxışının arxasında dayanan məqamlarla bağlı açıqlamasında bildirib.

 

R.Nurullayev təəssüflə qeyd edib ki, Rusiya qonşu dövlətlərin əksəriyyətinə özünün imperiyasının bir hissəsi kimi yanaşır, düşünür ki, dövlətlər hər hansı addımı atan zaman onunla hesablaşmalıdır:

 

“Rusiyanın məntiqinə görə heç bir dövlət müstəqil siyasət yürüdə bilməz, ərazi bütövlüyünün təhlükəsizliyini təmin etmək üçün addım ata bilməz. Bu biabırçı yanaşma bütün ölkələrin Rusiyaya nifrətini qazandırır. Rusiya özü düşünməlidir ki, nifrət, güc və zor üzərində qurulan hakimiyyət uzun müddət gedə bilməz”.

 

R.Nurullayev hesab edir ki, Ukrayna müharibəsini, həm də Ukrayna xalqının üsyanı kimi qiymətləndirmək olar. Onun fikrincə, Rusiyanın özbaşına hərəkətləri ona səbəb olur ki, indi də Dövlət Dumasının deputatı Delyaqin Azərbaycana ağıl öyrədir:

 

“Artıq Delyaqin ütülü şəkildə Azərbaycandan üzr istəyib, tok-şounun formatına uyğun belə bir emossional çıxış etdiyini deyib. Amma bütün bunlara baxmayaraq Rusiyanın tok-şoularında, televiziyalarında Azərbaycana olan münasibət ikrah hissi oyadır, Azərbaycan vətəndaşlarında Rusiyaya inamsızlıq, qıcıq yaradır. Rusiya televiziyalarının, hətta bəzi hökumət üzvlərinin Azərbaycana qarşı bu münasibəti xalqımızı təhqir etməkdir, dövlətçiliyi aşağılamaqdır”.

 

Deputat bəyan edib ki, bu gün Azərbaycanın atdığı addımlar doğrudur və belə neqativ hallara qarşı Rusiyaya öz iradını bildirməlidir və bunu edir:

 

“Rusiya sülhməramlıları müvəqqəti olaraq Qarabağda yerləşdirilibsə, indiyə qədər ordakı erməni silahlı qüvvələrini qovub çıxartmalı idi. Qarabağdakı ermənilər Azərbaycana inteqrasiya etməli idi. Yoxsa sülhməramlı gəlib orda ermənilərlə qucaqlaşıb-öpüşüb özünü sahibi kimi aparmalı deyildi.  Anlasınlar ki, həmin torpaqların sahibi Azərbaycandır və Rusiya orda özünü istədiyi kimi apara bilməz”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol