Azərbaycanlı gənc Rumıniyada birinci vitse-prezident seçilib

22:04 06-01-2019 | icon 442 | Gündəm
Azərbaycanlı gənc Rumıniyada birinci vitse-prezident seçilib

 

Rumıniya siyasət tarixində ilk və tək azərbaycanlı olan Kamran Allahverdiyev ölkədə hazırda iqtidarda olan PNL-in (liberal milli partiya) Buxarest şəhəri üzrə tələbə təşkilatının birinci vitse-prezidenti seçilib.



Versus.Az xəbər verir ki, bu barədə Avrasiya.net-ə Kamran Allahverdiyevin özü məlumat verib. K.Allahverdiyevin sözlərinə görə, seçkilər Buxarestdə keçirilib.



K.Allahverdiyev Rumıniyada yaşasa da, öz doğma dilində və türk dilində, eləcə də ingilis, alman və rumın dillərində sərbəst danışırr. Gənc olmasına baxmayaraq Rumıniyada aktiv ictimai-siyasi fəaliyyətlə də məşğul olur, 4 ildir ki, hakim partiyanın üzvüdür, siyasət adamları ilə görüşür, müzakirələr aparır və bir sıra layihələrdə onlarla əməkdaşlıq edir:

 

"Rumınyanin sabiq prezidenti Emil Constantinescu, baş nazir, deputatlarla, Avropa Parlamentində komissiyaların işində iştirak etdim və parlamentarilərlə görüşdüm. Müxtəlif məsələlərlə bağlı fikir mübadilələri apardım".


Qeyd edək ki, K.Allahverdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı, “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Sosial Media Qrupunun aktiv üzvüdür. O, 20 ilə yaxındır Rumıniyada yaşayır. K.Allahverdiyev keçirdiyi bütün görüşlərdə Azərbaycan həqiqətlərini və ermənilərin işğalçılıq siyasəti ilə bağlı rumın ictimaiyyətini məlumatlandırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı