Edilli kəndinin ardınca Fərrux - TƏHLİL

12:38 31-03-2022 | icon 510 | Siyasət
Edilli kəndinin ardınca Fərrux - TƏHLİL

Turan Rzayev: “Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər

 

“31 Mart soyqırımı ərəfəsində Fərrux kəndi ətrafında aşkarlanan kütləvi məzarlıq faktiki olaraq illər keçsə də erməni vandalizminin, barbarlığının dəyişmədiyini göstərir”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Turan Rzayev Fərrux kəndində aşkar olunan kütləvi məzarlıqla bağlı şərhində bildirib.

 

 

O, qeyd edib ki, 44 günlük müharibə sonrası işğaldan azad edilən ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı işğalçı ermənilər tərəfindən qeyri-insani şəraitdə saxlanılan daha sonra isə xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Belə kütləvi məzarlıqlardan biri bir müddət öncə Xocavəndin Edilli kəndində aşkarlandı:

 

“Edillidə aşkarlanan kütləvi məzarlıq erməni həqiqətlərinin üzə çıxması və bu xalqın əsl mahiyətinin dünyaya sübutu baxımından çox vacib idi. Edilli kəndi əslində başlanğıc idi və ardının gələcəyi gözlənilirdi. Gözləntilər özünü doğrultdu. Belə ki, Azərbaycan ordusunun bölmələri Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar ediblər. Həmin qalıqlarda eynilə Edilli kəndində olduğu kimi, 1-ci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir”.

 

Politoloq bildirib ki, Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın daha dəqiq desək 3 min 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Müharibə qaydalarına zidd olaraq, mülki əhali girov götürülüb və bir çox hallarda xüsusi amansızlıqla öldürülüb:

 

“Ermənilər öldürülən şəxslərin və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla gizlətməyə çalışıb. Xocavəndin Edilli kəndi və Xocalı rayonunun Fərrux kəndininin ətrafındakı Daşbaşı yüksəkliyində aşkarlanan kütləvi məzarlıqlar bunun əyani sübutudur. Daşbaşı yüksəkliyində aşkarlanan qalıqlarından da görünür ki, həmin şəxslərin nəşi qeyri-insani rəfdara məruz qalıb. Mümkündür ki, həmin şəxslərin bir çoxu xüsusi amansızlıqla öldürülüb. Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifidir. Mümkündür ki, hələ Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar olsun. Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu