“Rusiya əvvəlki kimi at oynada bilməyəcək”

09:52 01-04-2022 | icon 528 | Geopolitika
“Rusiya əvvəlki kimi at oynada bilməyəcək”

Qabil Hüseynli: “Bundan sonra danışıqlar prosesi özünün məcrasını dəyişəcək”

 

Xəbər verildiyi kimi, aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurası Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin üçtərəfli görüşü keçirilməlidir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Brüsseldə baş tutan görüşündə 2021-ci il dekabrın 14-də Brüsseldə liderlərin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı kimi iki dövlət arasında siyasi və təhlükəsizlik vəziyyəti və digər məsələlərin spektri nəzərdən keçirilib. Bu görüş həmçinin 6 aprel üçtərəfli görüşünə də bir hazırlıq kimi dəyərləndirilir. Brüssel görüşünün yenidən gündəmə gətirilməsi hansı reallıqdan xəbər verir. Ölkə ictimaiyyəti birmənalı olmayan nüanslar və suallarala qarşı-qarşıyadır.

 

Avropa Birliyi Rusiyanın təşəbbüsünü əlindən ala bilərmi və yaxud burda Avropanın rolu nədən ibarətdir, Rusiyanın rolu nə olacaq. İndiki Ukrayna böhranı dövründə Avropa Birliyinin Qarabağ məsələsində fəallaşması nədən xəbər verir?

Politoloq, professor Qabil Hüseynli hafta.az-a bildirib ki, indiki Ukrayna böhranı şəraitində Rusiya bir sıra beynəlxalq təşkilatlardan təcrid edilib. Artıq Avropa Birliyi təşəbbüsü bütünlüklə ələ alıb və Rusiya bu oyundan çıxarılıb.

 

Politoloq qeyd edib ki, Azərbaycan hələ ki, Avropa İttifaqının təşəbbüslərinə dözür və onunla işləmək istədiyini bəyan edir. Və bizim üçün ən vacib olanı ondan ibarətdir ki, Avropa İttifaqında rusların səsləndirdiyi kimi “Dağlıq Qarabağ” ifadəsi yox, Azərbaycanın ərazi  bütövlüyünə ciddi riayət edilsin və sülhyaratma prosesində ədalət gözlənilsin:

 

“Çünki Avropa İttifaqı və onun Parlamenti həmişə bəyan edib ki, postsovet məkanında baş verən münaqişələrin hamısı xaraktercə bir-birinə oxşayır, səbəblər eynidir. Çünki orada detanator rolunu Moskva-Kreml oynayıb. Ona görə də onların məsələlərinə də dövlətlərin ərazi bütövlüyü çərçivəsndə yanaşmaq lazımdır. İndiyə qədər proseslər bu istiqamətdə gedir”.

 

Q.Hüseynli belə bir fonda hesab edir ki, aprelin 6-da olacaq görüşlərdə məsələlərin necə yön alacağını gözləmək lazımdır:

 

“Hesab edirəm ki, Rusiyadansa, Avropa Birliyinin bu məsələlərə qarışması daha məqsədəuyğundur. Çünki Rusiya sözün əsl mənasında hər bir halda nəyisə qopartmaq istəyir”.

 

Politoloq hesab edir ki, bundan sonra danışıqlar prosesi özünün məcrasını dəyişəcək:

 

“Artıq Rusiya əvvəlki kimi at oynada bilməyəcək. Əvvəlki kimi sərəncamverici tamaşasını yerinə yetirə bilməyəcək və Avropa Birliyi də Rusiyanın belə bir rol almasına razı olmayacaq.  Proseslərin bir xətt üzrə getməsi ehtimalı kifayət qədər böyükdür. Dünyanı qatıb-qarışdıran, post-sovet məkanını bir-birinə vuran ancaq Rusiyadır. Rusiya Moldova, Ukrayna, Gürcüstan, Azərbaycandan tutmuş, hətta Qazaxısatana qədər özünün sırf “böyük dövlətçilik” şovenizmindən çıxış edir. Rusiya post-sovet məkanını daim nəzarətdə, qorxu altında saxlamağa çalışır. Mənə belə gəlir ki, Ukrayna müharibəsi fonunda Rusiyanın proseslərə müdaxiləsi tədricən aradan qalxacaq”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür