Dirçəliş və Tərəqqi Partiyasından BƏYANAT

17:55 31-03-2022 | icon 595 | Siyasət
Dirçəliş və Tərəqqi Partiyasından BƏYANAT

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

 

Versus.az xəbər verir ki, bəyanatda hər il 31 Mart ölkədə azərbyacanlıların soyqırımı kimi qeyd olunduğunu və 1918-ci ildə törədilmiş bu faciənin qurbanları anıldığı qeyd olunur.
 
 
“Erməni daşnak–rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi, daha doğrusu, Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı "inqilabi" orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı. Bu faktı erməni müəlliflərinin özləri də etiraf etmişdi... 1918-ci ilin martın 30-da Bakıda “İsmaliyyə” binasında ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ermənilər bolşeviklərə qarşı birgə çıxış etməklə bağlı hiyləgər təklif irəli sürdülər. Həmin gün- martın 30-da Bakı sovetinin rəhbərliyi ilə daşnak-bolşevik hərbi qüvvəlləri türk-müsəlman əhaliyə qarşı soyqırımına başladı. Martın 31-də müsəlman əhali müqaviməti dayandırdı. Aprelin 1-də isə azərbaycanlı partiya və digər cəmiyyətlərin nümayəndələri bir sıra tələbləri qəbul etməyə məcbur oldu. Bakıda həyata keçirilən soyqırımı nəticəsində 12 mindən çox azərbaycanlı qətlə yetirildi, Tağıyev teatrı, Açıq söz, Kaspi qəzetinin redaksiyaları, “İsmailiyyə” binaları yandırıldı. “Təzəpir” məscidi dağıdıldı. Ümumiyyətlə, Bakı quberniyasında soyqırımı nəticəsində 50 mindən çox türk-müsəlman əhali məhv edildi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
 
 
Mart soyqırımı Azərbaycan Xalq cümhuriyyəti yarandıqdan sonra diqqət mərkəzinə çevrildi, lakin cümhuriyyətin süqut etməsinə görə soyqırıma hüquqi və siyasi qiymət verilməsi uğrunda gedən mübarizə yarıda qaldı.
 
 
Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra soyqırıma hüquqi və siyasi qiymət verilməsi üçün işlər davam etdirildi.
 
 
1991 ci ildən sonra Azərbaycana rəhbərlik etmiş şəxslər bu soyqrıma hüquqi və siyasi qiymətin verilməsi üçün müəyyən addımlar atdı. Çox təəssüf ki, özünü demokratik və ədalətli cəmiyyətin qurucuları kimi təqdim edən dünya ölkələri Azərbaycan xalqına qarşı törədilən bu soyqrımlara adekvat dəstəklərini nümayiş etdirmədilər. Hətta yaxın tarixdə Xocalı soyqrımı və xalqımıza qarşı törədilən erməni vandalizminə siyasi gözlərini yumaraq reaksiya verdilər. Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev 1998-ci il 26 mart tarixində imzaladığı fərmanla 31 Mart Soyqırımı günü elan edildi. 200 il ərzində ermənilərin və onların nankor himayədarlarının vəhşi cinayətlərinin 44 günlük müharibə dövründə Azərbaycanın şanlı ordusu və o orduya komondanlıq etmiş siyasi rəhbərin o cümlədən uca xalqımızın həmrəyliyi nəticəsində tarixi ədaləti bərpa edə bildik. Lakin bu zəfər bizim üçün son deyil. Bu qələbəni bütövləşdirmək, ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan və atılacaq addımlar dədə-baba torpaqlarımızın Azərbaycanın siyasi xəritəsinə daxil etdikdən sonra son olacaq. Bu bizim şərəf yolumuzdu. Bu yolda bizə dəsdək vermiş və bundan sonra da dəsdəyini əsirgəmiyən bütün dost dövlətlərə təşəkkürümüzü bildiririk. Bu vətən üçün, bu dövlət üçün canından keçən bütün şəhidlərin ruhları qarşısında baş əyirik. Yaşasın şanlı Azərbaycan!”
 
 
Son olaraq bəyanatda qeyd olunur ki, Azərbaycan Dirçəliş və Tərəqqi partiyası Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu qenosidi, bəşəriyyət əleyhinə törədilən faciəni, etnik təmizləməyə yönələn bu siyasətini pisləyir və bu soyqırıma dünya ölkələrindən hüquqi qiymət verilməsini tələb edir".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin