“Son şərtlər müharibənin dayandırılmasını zəruri edir, amma...”

18:48 01-04-2022 | icon 434 | Geopolitika
“Son şərtlər müharibənin dayandırılmasını zəruri edir, amma...”

Əli Mustafa: “Avropa təşkilatları münaqişənin Rusiyanın nəzarətindən çıxmasında maraqlıdır”

 

Xəbər verildiyi kimi, TASS məlumat yayıb ki, - “Rusiya-Ukrayna danışıqları bu gün də davam etdiriləcək". Görüşün videokonfrans formatında təşkil olunacağı qeyd edilir. Regionda gərginliyin müşahidə olunduğu bir vaxtda ATƏT-in sədri, Polşanın xarici işlər naziri Zbiqnev Raunun Azərbaycana, daha sonra İrəvana səfərləri müzakirə obyektindədir. Gözləntilər nədir?

 

Versus.Az xəbər verir ki, siyasi şərhçi Əli Mustafa açıqlamasında bildirib ki, bu gün bütün aktorlar danışıqların sürətləndirilməsində maraqlıdır.

 

Onun fikrincə, son şərtlər müharibənin dayandırılmasını zəruri edir:

 

 

“Danışıqların intensivləşməsində beynəlxalq təzyiqlərlə yanaşı, Türkiyənin səyləri də önəmli rol alır. Türkiyə danışıqların baş tutmasını, dünyada və Qara Dəniz hövzəsində sülh və sabitliyin olmasını istəyir. Ukrayna tərəfi də qırğınlara, dağıntılara son qoymaq üçün müharibənin dayanmasında maraqlıdır. Nəhayət Rusiya da kifayət qədər ciddi itkilərin, eləcə də “ildırımsürətli” planın iflasından sonra müəyyən bir formada nəfəslik istəyir. Şərtlər uyğun olarsa, ixtiyarı özündə olarsa, Rusiya da müharibənin dayandırılmasında maraqlı olmalıdır. Çünki hər keçən gün təzyiqlər artır, sanksiyalar güclənir, eyni zamanda yüzlərlə rus əsgəri, texnikası məhv edilir. Rusiya burda məğlubiyyətlə üz-üzədir, Ukrayna ordusu daha yaxşı döyüşür, yaxşı silahlanıb, motivasiyası güclüdür”.

 

Politoloq ortadakı şərtlərə baxmayaraq hələ ki, danışıqların müharibənin dayandırılmasına təsir edə bilmədiyini deyib.

 

Ə.Mustafa eyni zamanda ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların sülhün yanında olmadığını, bu qurumların bölgəyə daha çox öz maraqlarının, yaxud da Ermənistanın yanında olmaq üçün gəldiklərini təəssüflə qeyd edib:

 

“Avropa təşkilatları maraqlıdırlar ki, Güney Qafqazda baş verən bu münaqişə Rusiyanın nəzarətindən çıxsın. ATƏT, Avropa İttifaqı Rusiyanın nüfuz dairəsinin daraldılması və onun bütün alanlardan vurulub çıxardılmasında maraqlıdır”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı