Silahlı şəxs banka basqın edib
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən “Bank of Georgia” bankının filialına hücum olub.
Maskalı şəxs əlində silahla bankın yerləşdiyi binaya daxil olub və ətrafdakıları hədələyərək küllü miqdarda pulu qarət edərək oradan uzaqlaşıb.
Silahlı şəxsin nə qədər vəsaitə ələ keçirdiyi hələlik məlum deyil.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda hadisə yerində müstəntiqlər işləyir və baş verən hadisənin təfərrüatı müəyyənləşdirilir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"