Bu gün də TƏŞVİŞDƏDİLƏR

10:03 04-04-2022 | icon 485 | Siyasət
Bu gün də TƏŞVİŞDƏDİLƏR

Fuad Əliyev: "Ermənistanın bu təklifləri qəbul etməkdən başqa yolu yoxdur"

 

“Ermənistan həmişə sülh danışıqlarından uzaq olub. Rəsmi İrəvanın bu mövqeyi hər zaman onun çöküşünü sürətləndirib. Nəticə göz qabağındadır - ölkədə iqtisadi, sosial vəziyyət ildən ilə ağırlaşır, əhali, xüsusən də gənc nəsil ölkəni tərk edir, işsizlik çoxalıb. Bu da ölkədə böyük və haqlı narazılığa çevrilib”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycanın Ermənistan tərəfinə sülh təklifinə münasibət bildirərkən deyib.

 

Qeyd edək ki, Azərbaycan Ermənstanla sülh müqaviləsinin imzalanması ilə bağlı 5 təklif irəli sürüb. Həmin təkliflər bu kimi halların nizamlanmasında baza prinsipləridir və beynəlxalq təcrübədə də geniş istifadə olunur. Ermənistan isə hər vəchlə bu təkliflərdən boyun qaçırır.



ALDP sədri vurğulayıb ki, Ermənistan 44 günlük müharibənin məğlubiyyətini hələ də həzm edə bilmir:

 

"Ermənistan dalana dirənib, qələbəmizdən sonra Qərbdəki müttəfiqlərinin ona dayaq duracağına ümid bəsləyirdi. Lakin Qərbin ermənipərəst qüvvələri də Azərbaycanın gücündən ehtiyatlanıb rəsmi İrəvana heç bir halda dəstək olmur. Sadəcə söz verirlər. Amma Ermənistan rəsmi Bakının sülh təkliflərini qəbul etməməklə vaxtı uzatmaq və məsələnin həllini yenidən Minsk qrupu çərçivəsinə salmaq istəyir. Bu isə heç vaxt mümkün olmayacaq".


Fuad Əliyev onu da qeyd edib ki, Ermənistanın bundan sonra da ATƏT-in Minsk qrupuna arxayın olması onu məkrli məqsədinə çatdırmayacaq:

 

"Minsk qrupu uğursuz diplomatik bir siyasət yürüdüb, 30 il münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq çərçivəsində nəinki hansısa təklifdə oldu, əksinə ermənipərəst mövqe sərgilədi, ədalət prinsipini pozdu, həmsədrlərin verdikləri bəyanatlar işğalçı Ermənistanı daha da ruhlandırdı. Həmsədr dövlətlər rəsmi İrəvanın işğalçılıq siyasətinə göz yumdular. Nəticədə Azərbaycan o qrupun missiyasını özü uğurla həyata keçirdi. Ordumuz 44 günlük müharibədə Ermənistana elə bir dərs verdi ki, bu, onun havadarlarını da təşvişə salıb. Bu gün də o təşvişin təsirindədirlər".

 

ALDP sədri bildirib ki, Ermənistanın Azərbaycanın sülh təkliflərini qəbul etməkdən başqa yolu qalmayıb:

 

"Ermənistan ayaqüstə qalmaq istəyirsə, sülhə imza atmalıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür