Parlamentdə Xankəndi məsələsi QALDIRILDI

12:34 05-04-2022 | icon 445 | Siyasət
Parlamentdə Xankəndi məsələsi QALDIRILDI

“Azərbaycan Ordusunun Xocalının Fərrux kəndi və yüksəkliyinə nəzarətindən sonra ABŞ Dövlət Departamenti və bir sıra konqresmenin verdikləri açıqlamaları qəbuledilməz sayırıq”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

O bildirib ki, Azərbaycan öz ərazilərində ikinci ölkənin silahlı qüvvələrinin mövcudluğunun yolverilməzliyini dəfələrlə bəyan edib.

 

Millət vəkili qeyd edib ki, Xankəndi də daxil bütün ərazilərdə sülhün qarantı Azərbaycan dövləti və ordusudur.

 

“Ona görə də Xocalıya, Əsgərəna, yaxud Kəlbəcərə yaxın ərazilərdə yeni Ohanyan səddi, yaxud təmas xətti düzəltmək mümkün deyil. Beləliklə, son hadisələr iki il əvvəlki savaşın davamı sayıla bilməz, çünki prezidentin “müharibə bitib” bəyanatı qüvvədədir!” - deyə Zahid Oruc əlavə edib.

 

Komitə sədri qeyd edib ki, İrəvanın Azərbaycan Ordusunun Fərruxla bağlı əməliyyatını “ermənilərin regiondan tam etnik təmizlənməsi” planı adlandırması həqiqəti əks etdirmir:

 

“Çünki Ordumuz mülki ermənilərlə savaşmır, digər tərəfdən, erməni silahlı qüvvələrinin Qarabağdakı qalıqları nə ordu sayıla bilər, nə də yeni ərazi işğalları həyata keçirməyə qadir olan qüvvə. Azərbaycan ərazisində yalnız bir ordu var! Ona görə də sülh arzulayan erməni Qarabağda dinc yaşamaq istəyirsə, silahını öz millətçi-faşist qüvvələrinə qarşı çevirsin!”

 

Zahid Oruc qeyd edib ki, Azərbaycan dövlətini Rusiya sülhməramlı qüvvələri ilə toqquşdurmağa və belə planın arxasında gizlənməyə çalışanlar açıq görünürlər:

 

“Lakin Azərbaycan dövləti sülhyaradıcı qüvvələrə dəqiq məsuliyyət zonası və hüquqi çərçivə yaratdığından imzaladığı prinsiplərə sadiqdir. Geniş auditoriyası olan xarici media orqanlarında, eləcə də Serbiya prezidentindən müxtəlif ekspert cəmiyyətlərinə qədər Rusiya-Ukrayna savaşı ilə Qarabağdakı hadisələr arasında paralellər aparılması, bağlantılar qurulması, ölkəmizin “ikinci cəbhə” açdığına dair iddialar sürülməsi 44 günlük müharibədən sonra regiondan çıxarılmış qüvvələrin daha çox işinə yarayır. 1990-cı illərdən fərqli olaraq, xalqımız belə ssenariləri görür və 44 günlük savaşın nəticəsində kənarda qalan dövlətlərin bu yolla bölgəyə qayıtmasına qətiyyətlə qarşıdır”.

 

Z.Oruc fikrini belə yekunlaşdırıb:

“Dünya tarixində ən böyük absurd - Minsk qrupunun varlığı və onun üzvlərinin son hadisəyə eyni mövqedən verdikləri qiymətdir. Necə ola bilər ki, yüzdən artıq dövləti Moskva əleyhinə birləşdirməyi bacaran və bütün iqtisadi, siyasi, hərbi təşkilatlardan Rusiyanı çıxaran ABŞ və Fransa dövlətləri Fərrux kəndi kimi dünya siyasəti üçün çox kiçik hadisədə vahid cəbhədən çıxış edirlər. Yəqin, Qarabağa aid olmayan Minsk qrupu Amerika və Rusiyanın tək ittifaqı kimi dünya tarixində əbədi qalacaq!

Hazırkı Ukraynada savaşın köklərini SSRİ-nin dağılması zamanı Qarabağdan başlayan hadisələrə düzgün qiymət verilməməsi təşkil edir. Təəssüf ki, 44 günlük müharibədən sonra ərazi bütövlüyünü təmin etmiş Azərbaycana eyni yanaşmanı tətbiq edirlər. Bir sıra dövlətlər Qafqazda və Azərbaycanda itirdikləri mövqeləri geri qaytarmaq üçün ən kiçik toqquşmalardan istifadə etməyə hazırdırlar.

Biz dünyaya deyirik - Ukraynaya göstərdiyiniz total dəstəyi ölkəmizə münasibətdə də təkrarlamağınızı gözləmirik, lakin heç olmasa, qarşımızda durmayın. Bu, hüquqa və ədalət prinsiplərinə dair bəyanatlarınızı kağız parçasına çevirir!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür