Ukraynalıların NATO-ya qoşulmaq istəyi azalıb
Ukraynada əhali arasında NATO-ya qoşulmağa dəstək səviyyəsində azalma müşahidə olunur.
Bunu “Reytinq” Sosioloji Qrupunun 30-31 mart tarixlərində keçirdiyi sorğunun nəticələri sübut edir.
Nəticələrə görə, vətəndaşlar arasında NATO-ya üzvlüklə bağlı dəstək səviyyəsi azalmaqda davam edir.
Müharibənin ilk günlərində Ukraynanın NATO-ya daxil olmasına dəstək 62%-dən 76%-ə yüksəlmişdir.
“Martın sonunda aparılan sorğular nəticəsinə əsasən isə Ukraynanın NATO-ya daxil olmasına dəstək 68% təşkil edir” - Reytinq” Sosioloji Qrupunun hesabatında qeyd olunur
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"