Arvadını vəhşicəsinə döyən polis CƏZALANDIRILDI

10:15 06-04-2022 | icon 528 | Hadisə
Arvadını vəhşicəsinə döyən polis CƏZALANDIRILDI

Bakıda arvadını restoranın qarşısında döyən polis əməkdaşı ilə bağlı qərar açıqlanıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.

 

İttiham aktına əsasən, hadisə 2021-ci il oktyabrın 30-da Nizami rayon ərazisində yerləşən restoranların birində qeydə alınıb.

 

Belə ki, polis serjantı olmuş V.M. (ad, soy adı şərti) restoranın qarşısında həyat yoldaşı L.M. (ad, soy adı şərti) ilə əvvəl şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, qəsdən əlinin içi ilə qadının baş və sifət nahiyələrinə zərbələr vurub. Nəticədə L.M.-in burnu sınıb.

 

Hadisədən sonra qadının şikayəti əsasında V.M. saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmənin hökmü ilə V.M. 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

 

Qeyd edək ki, polis nəfəri olmuş V.M. hadisədən sonra işdən azad olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...