Yılmaz Özdil – QADIN (VII)

11:23 25-11-2017 | icon 906 | Ədəbiyyat
Yılmaz Özdil – QADIN (VII)

Ayşə, Zübeydə

/Tərcümə: Rüfanə Günəş/

Birinin adı Ayşə, o birinin adı Zübeydə. Bunlar həyatımda tanıdığım ən alovlu qızlardır. Ayşənin 40, Zübeydənin 27 yaşı var. Bügünə qədər heç kimə yar olmayan bu çığlın qızlar, nəhayət bir gün əvvəl “gəlin” edildilər.

– Xərc nə qədər idi, bilirsiniz?
– 6 milyard dollar.

Onlar Ərəğli Dəmir Poladın sobalarıdır. Birinin adı Ayşə, o birinin adı Zübeydə. Anadoludur, inanar. Rəvayətə görə, birinci dəfə kəşf ediləndə, evin kişisi poladı döydüyü zaman, anası, həyat yoldaşı, ya da qızı körüklə üfləyərdi. Körüyü tutan ana, həyat yoldaşı ya qızı poladın xəmirinə saçından bir nazlı tel də qoparıb atarsa, o poladın biləyi bükülməzmiş.
Tarix 1965.
İlk sobaya ad qoyulacaq. O gün usta başının qızı dünyaya gəlir. Adını Ayşə qoyurlar.
Tarix 1978.
Ayşə çalışıb, dididnib, bu məmləkətə xeyirli övlad olsun deyə iki sobanı dünyaya gətirib. Ad qoyulacaq. Düşünüblər, bu məmləkətin ən xeyirli övladı kimdir? Anası, Zübeydə.
Ayşə ilə Zübeydə, bir gün əvvəl “gəlin” oldular. Mənə görə, bu göbəyi xaricə bağlanmaq istəyən Türkiyənin toyudur. Xərc 6 milyard dollar.
Allahdan bu məmləkətdə Çoşqun Ulusoy deyə bir adam var. Yoxsa Ayşə ilə Zübeydə göz görə-görə Rusa ya da Fransıza gəlin gedəcəkti.
Xülasə…
Bu fağır dövlətin varlığlarında “dəmir yığını” olaraq baxsan, ona da satarsan, buna da.
Ama “övlad”, ya da “ana” kimi baxsan…
Necə qıyırsan, ey dost.

Ayşə və Zübeydə

Türkiyədə 2015 daxil olmaqla qadın adı daşıyan 9 hündür soba var. Qarabük Poladın sobaları, Fatma, Zeynəb, Ülkü… İskəndərun Dəmir Poladın sobaları, Cəmilə, Ayfər, Könül, Dilək… Ərdəmirin Ayşəsi 43 yaşında olanda 65 milyon dollara yeniləndi. Zübeydə isə 34 yaşında 45 milyon dollara yeniləndi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI